Müasir Azərbaycan-Türkiyə əlaqələrinin əsasında xalqlarımız arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətləri durur
Tarix: 22-10-2023 | Saat: 22:03
Bölmə:Gündəm / Özəl | çapa göndər
Bu gün Azərbaycan ilə Türkiyə arasında olan səmimi dostluq və qardaşlıq münasibətləri bütün türk dünyası üçün əsil örnəkdir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinə hər zaman xüsusi önəm vermiş, qardaş ölkə ilə əlaqələrin inkişafını xarici siyasətin prioritet istiqaməti kimi müəyyən etmişdir. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda söylədiyi nitqində Ulu Öndər bu münasibətlərin tarixi köklər əsasında formalaşdığını vurğulayaraq belə demişdir: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıb, bu gün də dostluğumuzun, əməkdaşlığımızın əsasını təşkil edir.”
Qeyd etmək lazımdır ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il qardaş ölkədə keçirilmiş prezident seçkilərindən az müddət sonra, bu ilin iyun ayının 12-13-də Azərbaycana səfər etməsi də ölkələrimiz arasında olan birlik və qardaşlığın bütün regionda sabitlik, inkişaf və sülhə xidmət edən çox mühüm beynəlxalq amil olduğunu və bu amilin mahiyyətini bir daha qabarıq şəkildə bütün dünyaya nümayiş etdirdi. İki ölkənin dövlət başçılarının görüşündən sonra cənab Prezident İlham Əliyev mətbuata verdiyi açıqlamasında xüsusi olaraq qeyd etdi ki, 20 ildən çox müddət ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dövləti və xalqı böyük və şərəfli inkişaf yolu keçmişdir. Əlbəttə ki, Türkiyə Prezidentinin seçkilərdə bu dəfəki qələbəsi də qardaş ölkədə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini və dəstəkləndiyini bir daha bariz şəkildə təsdiq edir. Bu gün Türkiyə şübhəsiz, dünya miqyasında böyük güc mərkəzlərindən biri kimi özünü təsdiq edib. Eyni zamanda da bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni perspektivlər açılıb. Azərbaycan və Türkiyə Prezidentlərinin həm təkbətək, həm də geniş tərkibdə keçirdikləri danışıqların gedişində bir daha ölkələrimizin ortaq niyyəti ifadə olundu, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin durduğu vurğulandı.
Həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabr 2023-cü il tarixində etdiyi Azərbaycana növbəti, Naxçıvana isə ikinci səfəri ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin tarixində xüsusi önəmi olan bir sıra hadisələrlə əlamətdar oldu. Təbii ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi də bu mühüm hadisələrdən biridir və bu layihənin icrası Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin etməklə iki qardaş ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasından sonra cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu məqamı xüsusi vurğulamışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz bəyanatında ilk növbədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edərək Naxçıvanın bugünkü səviyyəyə çatmasında Ulu Öndərin müstəsna rolu olduğunu vurğulamışdı. Qardaş ölkənin dövlət başçısı Türkiyə-Azərbaycan əlaqələrinin hazırda dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədə olduğunu qeyd etməklə, bir daha ölkələrimiz arasında səmimi dostluq münasibtlərinin sarsılmazlığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrin və əməkdaşlığın bütün sahələrdə gücləndirilməsi üçün birgə fəaliyyət bundan sonra da davam etdiriləcək.
Əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən tarixi Şuşa Bəyannaməsi xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” artıq öz adında iki qardaş ölkə arasındakı strateji əlaqələrin yeni mərhələyə yüksəldiyini əks etdirir. Ötən müddət ərzində sənədin icrası ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmişdir. O cümlədən ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Xüsusi olaraq bu məqamı da qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və bu il 100 illik yubileyini böyük qələbələrlə qeyd etdiyimiz dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyini bir daha nümayiş etdirir.
Şuşa Bəyannaməsində xüsusilə diqqət çəkən məqamlardan biri də milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviqinin xüsusi yer almasıdır. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, ölkələrimizin yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Təbii ki, bu müddəa təkcə iki ölkənin deyil, ümumilikdə bütün Cənubi Qafqaz regioanunun maraqlarına cavab verir. Belə ki, faktiki olaraq Azərbaycanın təhlükəsizliyinin təminatı birbaşa regionda sülhün və sabitliyin təmin olunması deməkdir. Çünki hazırda məhz Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir.
Qeyd olunmalıdır ki, Şuşa Bəyannaməsinin imzalandığı gündən keçən müddət ərzində bölgəyə investorların marağı xeyli artıb. Bunu şərtləndirən əsas amillərdən biri Bəyannamənin həm də regional təhlükəsizliyin qarantı kimi çıxış etməsidir. Bu amil sərmayə qoyuluşu prosesinə əlavə stimul verir. İkinci bir tərəfdən də Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq formatı həm də yeni iqtisadi perspektivlər ortaya çıxarır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində perspektivləri daha da genişləndirən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir və ən əsası Qarabağda Türkiyənin varlığı deməkdir. Bəyannamədə öz əksini tapmış daha bir önəmli məqam da əlbəttə ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin öz əksini tapmasıdır. Bu gün Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə, eləcə də Azərbaycanı Türkiyə ilə birləşdirəcək bu nəqliyyat dəhlizinin açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə və bu əsasla da bölgənin ümumi iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək.
Gülər Sultanzadə
Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025