Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər ilə görüşü
Tarix: 22-10-2023 | Saat: 10:06
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bildirdi ki, xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə, ordusuna, gün gələcək burada durub sizinlə bu bayram gününü qeyd edəcəyimizə inanıb
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə son səfərləri Zəfərimizin təqdimatı ilə çoxəsrlik tariximizə qızıl hərflərlə yazıldı. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaldan dövlətimizin başçısı “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bəyan etdi ki, bu torpaqlarda üçrəngli bayrağımız ədəbi dalğalanacaq.
Tarixi Zəfərimizdən üç il vaxt keçsə də onun yaratdığı reallıqlar, 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalardan irəli gələn öhdəliklərin Azərbaycan və Ermənistan tərəfindən hansı səviyyədə yerinə yetirilməsi bu gün də müzakirə olunmaqdadır. Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir.
Nikol Paşinyan sentyabrın 21-də Ermənistan ictimaiyyətinə müraciətində Qarabağ bölgəsindəki erməni sakinlərin təhdidlərlə üzləşmədiyini bildirmişdi. Bu gün baş nazirin havadarlarının iddialarına uyğun olaraq fərqli yanaşma nümayiş etdirməsi heç də təəccüblü görünmür. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin hərdən bir hala düşməsi qaçılmazdır.
Ermənistanın tarixin və faktların açıq şəkildə saxtalaşdırılmasında nə qədər məşhur olduğunu nəzərə alsaq sözügedən ölkənin baş nazirinin bu cür ziddiyyətli açıqlamalarını eşitmək təəccüb doğurmur. Ermənistanın Azərbaycan və Türkiyəni blokadada ittiham etməsinin reallıqla heç bir əlaqəsi yoxdur. İşğalçı ölkənin hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Belə görünür ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da buna son qoymaq niyyətində deyil. Ermənistan tərəfi vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda, bu istiqamətdə təhlükəsizliyi təmin etmək öhdəliyinin mövcud olduğunu yaxşı bilir. Ermənistanın, həmçinin Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Təəssüf ki, bu ölkə belə bir fürsəti növbəti dəfə əldən verir. İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə bu ölkənin baş nazirinin davam edən aqressiv ritorikası sülh perspektivlərinə xələl gətirir.
Cənab İlham Əliyev səfərləri çərçivəsində Azərbaycanın tarixi Zəfərə gedən yolunu geniş təhlil edərək hazırda sahibinə qovuşmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığını statistik rəqəmlər vasitəsilə diqqətə çatdırdı. Dövlət başçısının Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirdiyi reallığı özündə ehtiva edən rəqəmlər 2026-ci ildə başa çatması nəzərdə tutulan Birinci Qayıdış Proqramının uğurlu icrası barədə aydın təsəvvür yaratdı. Bildirildi ki, Füzuli indi tamamilə yenidən qurulur. Səfər çərçivəsində mühüm obyektlərin təməli qoyuldu. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməlqoyma mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev bu kimi addımları ilə soydaşlarımızın bu torpaqlarda rifah içində yaşayışının prioritet olduğunu nümayiş etdirir. Azərbaycan dünyaya təqdim etdiyi təkmil dirçəliş modeli ilə, həmçinin şəhərsalma təcrübəsini təqdim edir. Cənab İlham Əliyev sözügedən görüşündə Ağdam və Zəngilanda keçirilən Milli Şəhərsalma forumlarından bəhs edərək vurğuladı ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Bunu bir çox beynəlxalq ekspertlər qeyd edirlər. Rahat yaşamaq üçün bütün infrastruktur var. Bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsi icra edilir.
Füzuli rayonunun timsalında görülən işlər ümumilkdə Böyük Qayıdış Proqramının tezliklə uğurla başa çatacağına əminlik yaradır. O da məlumdur ki, bərpa-quruculuq işləri soydaşlarımızın bu torpaqlara qayıdışı ilə müşayiət olunur. Füzuli rayonunda 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonuna qədər Füzuliyə 22 min insanın qayıdışı nəzərdə tutulub. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Dövlət başçısı belə bir əminliyi ifadə edir ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq: “Çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.”
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan istədiyinə kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir.
30 ilin işğalına son qoyduq. Son üç ildə tariximizə yazılan zəfər səhifələri göz önündədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu çağırışı da gələcək barədə aydın təsəvvür yaradır: “Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025