Gülər Sultanzadə: “Revanşistlər ilk öncə Xankəndidə dalğalanan Azərbaycan bayrağına baxsınlar və bir də düşünsünlər”
Tarix: 21-10-2023 | Saat: 11:20
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Azərbaycanın erməni təxribatlarının qarşısını almaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başladığı əks-hücum əməliyyatları növbəti günlərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsinə çevrildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin möhtəşəm hərbi strategiyası, Şanlı Ordumuzun şücaəti və xalqımızın dəyanəti sayəsində bu müharibə cəmi 44 günə tarixi Qələbə ilə başa çatdı. Azərbaycan II Qarabağ savaşının nəticəsi olaraq öz torpaqlarının işğalına son qoydu. Həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda niyə dayandırıldığını, ordu hissələrimizin Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyini dönə-dönə sual edirlər. Lakin budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız bütün ərazilərində qürurla dalğalanır. Oktyabr ayının 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran cənab Prezident İlham Əliyev bir daha hər kəsə bildirdi ki, hər işi öz vaxtında görmək lazımdır. Əlbəttə, öz Prezidentinə sonsuz inamı və güvəni olan Azərbaycan xalqının böyük əksəriyyəti bu günün də tezliklə gələcəyini bilirdi və bu tarixi gün gəldi. Azərbaycan xalqı cənab İlham Əliyevə ilk dəfə 20 il bundan əvvəl etimad göstərərək Ulu Öndərimizin siyasi varisini Ölkə Prezidenti seçdiyi gündən keçən müddət ərzində bu inam daima artmış və möhkəmlənmişdir. Bu gün isə, möhtərəm dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı artıq bütün məslələrə son nöqtəni qoymaqla, bir daha isbat etdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu cənab Prezident özü bilir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Öz fikirlərini davam etdirən müsahibimiz həmçinin bildirib ki, Azərbaycan xalqı 2003-cü ildə keçirilmiş prezident seçkilərində müdrik seçim etməklə ölkəmizi bugünkü qələbələrə gətirən yolda ən mühüm addımını atmış oldu: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərərək prezident seçkilərində öz səsini Heydər Əliyev siyasi kursuna verdi və Ulu Öndərin siyasi varisini Ölkə Prezidenti seçdi. O vaxt cənab Prezident Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içdi və öz xalqına müraciət edərək söz verdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Belə də oldu. 20 il ərzində möhtərəm dövlət başçımız verdiyi bütün vədlərə əməl etdi, qarşıya qoyduğu bütün vəzifələri icra etdi. İyirmi il ərzində Azərbaycanın güclənməsi, dünya miqyasında öz layiqli yerini tuta bilməsi üçün məqsədyönlü addımlar atdı, möhtəşəm işlər gördü. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bu gün Azərbaycanla dünyada hesablaşırlar. Artıq ölkəmizin mövqeyi qlobal coğrafiyada böyük əhəmiyyət kəsb edir. Bir çox hallarda önəmli beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycan hazırda güclü iqitisadiyyata sahibdir və məhz bu amil Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradılmasına əsas vermişdir.”
Daha sonra partiya fəalı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə Ulu Öndərimizin ən böyük vəsiyyətinə əməl olundu: “Torpaqlarımızın işğaldan azad olunması Ulu Öndərimizin xalqa və öz siyasi varisi cənab İlham Əliyevə ən böyük vəsiyyəti idi. Çünki 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasından iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilsin. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il dövlətimiz və xalqımız üçün ən faciəvi, böhranlı və utancverici illər kimi tarixdə qaldı. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qorudu. Ulu Öndər Heydər Əliyevin dühası Azərbaycan xalqının yardımına yetişdi və xalqımız haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırır. Azərbaycan xalqının öz xilaskar oğlu və Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə ən böyük töhfəsi də ölkəmizin bütün ərazisində suverenliyinin tam bərpa edilməsi oldu. Dövlət başçımızın xalqa müraciətində qeyd etdiyi kimi, Ulu Öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub. Bu gün bizim Bayrağımız Xankəndidə dalğalanır. Qoy Ermənistanda hələ də revanşist ideyalarını alovlandırmaq istəyən bütün qüvvələr də bu müqəddəs bayrağımızı görsünlər və öz çirkin niyyətlərindən dönməyəcəkləri halda onları gözləyəcək aqibət barədə düşünsünlər” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025