BU GÜN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANASI İZZƏT XANIM ƏLİYEVANIN ANIM GÜNÜDÜR.
Tarix: 21-10-2023 | Saat: 08:15
Bölmə:Özəl | çapa göndər
İzzət xanım 1895-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Comərdli kəndində anadan olub. Kəndin ilk özülünü İzzət xanımın babalarından Comər kişi qoyub. Comərd kişinin qardaşının adı Alagöz Məhəmməd olubdu. İzzət xanım Əliyeva sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin törəməsidir.
1910-cu ildə Ermənilərin Zəngəzur torpağına olan təcavüzü İzzət xanımı və ailəsini o torpaqlardan didərgin salır. Köç zamanı İzzət xanım çox sevdiyi, gözəlliyi və boy-buxunu ilə öyündüyü Erməni qəsbkarları tərəfindən öldürülən 23 yaşlı qardaşını meydini görür və daha sonra heç bir zaman bu günü unutmayacaq. Qardaşının vaxtsız ölümü daha sonra doğulacaq körpəsinə onun adının, HEYDƏR adını verməsinə səbəb olacaq.
İzzət xanım Əliyeva 1957-ci ilin Oktyabr ayının 20-də Bakıda vəfat etmişdir.
🔴HEYDƏR ƏLİYEVİN BACISI ŞƏFİQƏ ƏLİYEVANIN İZZƏT XANIM ƏLİYEVAYA HƏSR ETDİYİ “MƏNİM ANAM” KİTABINDAN
Dua edərkən səssizcə ağlayardı
“Anam bütün varlığı ilə Allaha bağlı olan bir qadın idi. Hər kəlməsində, hər cümləsində Allahı vəsf edərdi. Oruc tutar, namaz qılar, matəm saxlardı. Qonşumuzda bir seyid qadın yaşayırdı. Adı Ələviyyə xanım idi. Şeyx qızı olduğu üçün dini təhsil almışdı. Cümə axşamları axşam üstü anam tədarük görər, samovar qaynadıb, süfrə açardı. Ələviyyə xanım gecədən sübhədək Quran oxuyar, anamla birgə namaz qılardı. İlahi, insanda nə qədər səbir, təmkin, Tanrı sevgisi olarmış?! Bu Tanrı sevgisi bitib tükənməzdi. Hər gün qıldığı namazdan sonra etdiyi duaları sakitcə dinlərdim. Tam səssizlik hökm sürən evimizdə anamın pıçıltılarla, asta-asta etdiyi dualar qəlbimi riqqətə gətirir, ürəyimi Allah nuru ilə doldurardı. Anam çəkdiyi məşəqqət və acıların müqabilində Allahdan xalqımıza, əmin-amanlıq diləyər, balalarına can sağlığı arzulayardı. Onun Allah dərgahına qalxan əlləri titrəyəndə bilərdim ki, anam səssiz-səmirsiz ağlayır: özümü görməzliyə vurardım”.
“Çadrası həmişə ütülü, tərtəmiz olardı”
“Anam gözəllik mücəssəməsi idi. Hündür boyuna, düz mütənasib bədən biçiminə görə bütün qadınlardan seçilərdi. Zil qara saçları girdə ağ üzünə xüsusi gözəllik verirdi. Yaşıl mehriban gözlərindən süzülən nurani baxışları ilə üzü şəfəqlənərdi. Mən onu anam olduğu üçün tərifləmirəm. Anamın zərif üz cizgilərini fotoşəkildən də müşahidə etmək olar. Naxçıvanda qadınlar çadra örtərdilər. Qonşu qadınlar adətən, toya-yasa gedəndə məclis paltarlarında olardılar. Mən bu qadınlarla anamı müqayisə etməyi sevərdim. Qonşu qadınların çadralarının səliqəli olub-olmamasına diqqət edərdim. Çünki anam özü səliqəli, təmiz geyindiyi kimi məni də tərtəmiz, səliqəli geyindirməyə çalışardı.
Heydər qardaşım ona Leninqraddan markizet parça almışdı
Qadınlardan birinin çadrası uzun-gödək, yaxud əyri, digərininki əzik və çirkli olanda təəccüb edərdim. Elə qadınlar vardı ki, çadrasını büküb qoltuğuna vurardı. O zaman açıq-aşkar hiddətlənərdim ki, bu qadınlar nə üçün anam kimi səliqəli deyillər? Anam sandığının içərisindən paltarlarını çıxaranda gülab ətri bütün evi bürüyərdi. Çadrası həmişə ütülü, tərtəmiz olardı. Mən elə uşaqlıqdan diqqətcil olmuşam. Baxardım ki, qonşu qadınlar bir çadra ilə həm xeyir-şərə, həm məclisə, həm də bazara gedirdilər. Mən anamda heç vaxt bunu müşahidə etməmişdim. Onun məclis çadrası vardı. Məclisdən qayıdan kimi o çadrasını ipin üstünə atıb bir az havaya verərdi. Sonra ütüləyər, səliqə ilə qatlayıb sandığa qoyardı. Həmin çadranı başqa heç yerə örtməzdi. O biri çadralarını da bu cür səliqə ilə ütüləyib, qatlayıb sandığa yığardı. Anamın çox gözəl parçadan qat-qat yubkası, üstündən isə hər iki tərəfində bir qat incə bükməsi olan çiçək kimi təmiz, elə öz yubkasının parçasından düyməli qoftası vardı.
50-ci illərdə Heydər qardaşım Leninqradda oxuyanda anam üçün yeri tünd göy, üstündə tək-tək açıq qırmızıya çalan gül buketləri olan markizet parça gətirmişdi. Anam ondan özünə çadra tikmişdi. Elə gözəl yaraşırdı ki, gözlərimi ondan çəkə bilmirdim.
Paltarın içinə gül ləçəkləri düzərdi
Anamın geyim- gecimi yadımdan heç çıxmır. Hamısını zövqlə geyərdi. Qara fanel parçadan yubka -qoftası vardı. Parçanın üstündəki bənövşələr göz oxşayırdı. Ən çox yaddaşımda “gecə-gündüz” deyilən ağ, üstündə yabanı yonca gülləri parıldayan paltar qalıb. Anam onu yuyub, ütüləyəndə yanında dayanıb baxardım. Qatları bir-bir ütüləyərdi. Sonra qoftası ilə bir yerdə qatlayıb sandığa qoyar, üstünə qızıl gül ləçəkləri bükülmüş parça qoyardı. Çadralarına isə gülab səpib, üst-üstə sandığa yığardı. Anamın sandığında hər fəslə münasib nə isə olardı. Payızda sandığa heyva düzərdi. Heyvanın ətri paltarlarına hopardı.
Naxçıvanda iqlim elədir ki, meyvə çürümür, büzüşüb quruyur, ancaq xarab olmur. Anam hər fəslin gülünü, meyvəsini toplar, mürəbbə, gülab hazırlardı. Artığını isə saxlardı. Qızıl gül ləçəklərini kölgədə qurudub, paltarları arasına yığardı, gülabından ətir kimi istifadə edərdi. Heyvadan da həmçinin”.
“Anam qonşumuzun ac uşaqlarına lavaş və pendir verdi”
“Anam hamının xeyrinə-şərinə yaramaqla bərabər ona müraciət edən hər kəsə əl tutardı. Evimiz məscid qapısı kimi hamının üzünə açıq idi. Una, sabuna, yarmaya gələn adamlardan heç birini əliboş geri qaytarmazdı. Anam olduqca qənaətcil, ehtiyatlı bir qadın idi. Atam dəmiryolçu olduğu üçün onlara torpaq sahəsi və tonla buğda verilirdi. Bu çətin illərdə evimizdən lavaş əskik olmazdı. Bizim kənddə Sisyandan qohumlarımız vardı. Xüsusən də əmim bizə çox şey göndərərdi. O ağır günlərdə kəndlə əlaqəmiz bizə böyük dayaq idi. Naxçıvandan beş kilometr kənarda da qohumlarımız çox idi. Böyük qaysı bağları vardı. Göndərilən hər bir meyvəni anam bişirər, qənaətlə işlədərdi. Axı o, qardaşı uşaqlarının da ümid yeri idi. Anamın cəfakeşliyindən, ürəyiaçıqlığından bütün məclislərdə ağız dolusu danışırdılar.
Yay olanda evimizdə nə vardısa həyətimizə köçərdi. Yorğan-döşək, qab-qaşıq. Ev bomboş olardı. İsti hava olduğu üçün həyətimizdəki taxtda yatardıq. Müharibənin ağırlığı bütün ailələrin üstünə çökmüşdü. Kənddə Xurşud xanım adlı bir qadın yaşayırdı. Əri cəbhəyə getdiyi üçün beş uşağın əzab-əziyyətini çəkmək məsuliyyəti onun üstünə düşmüşdü. Anam ona əl tutardı. İsti yay gecələrindən biri idi. Saat üç olardı. Xurşud xanımın uşaqlarının ağlaşma səsi bizi yuxudan oyatdı. Anam dözmədi. Gedib astadan Xurşud xanımı çağırdı ki, ay qonşu, bu uşaqlar niyə ağlayırlar? Xurşud xanım məhzun-məhzun “Neynim, a İzzət bacı?-dedi- Acdırlar, yata bilmirlər”. Anam əlini ürəyi üstünə qoymuşdu. Üzünə hopan iztirab ay işığında aydın sezilirdi. Tələsik addımlarla evə keçib xeyli lavaş və pendir götürdü. Uşaqların anasına verib geri döndü. Mən onun taxtın kənarında əyləşib başını əlləri arasına almağına, fikirləşdiyinə tamaşa etdim. Artıq Xurşud xanımın həyətindən səs gəlmirdi. Anamın isə yuxusu ərşə çəkilmişdi. O, sübhə qədər yatmadı. Çünki mən gözlərimi açanda onu beləcə fikir-xəyal ümmanında gördüm. Həmin gündən etibarən anamın bir qayğısı da artmışdı”.
“Anam ələyi gülün altına tutub sonra qayçı ilə kəsərdi”
“Həyətimizdə divar boyu qızıl gül əkilmişdi. Əsl qızılgül itburnu çiçəyi kimi beş ləçəkli olur. Ondan gülab çəkmək üçün, mürəbbə bişirmək üçün istifadə edərdik. Yaxşı xatirimdədir ki, anam sübh tezdən durar, ələyi və qayçını götürüb qızılgül kollarına tərəf gedərdi. Çox tikanlı olduğu üçün o gülə əl vurmaq olmazdı. Ləçəkləri çox zərif olardı bu güllərin. Anam ələyi gülün altına tutub sonra qayçı ilə kəsərdi. Topladığı güllərin ləçəklərinin ucundakı sarıları kəsib əvvəlcədən şirə tökdüyü tavaya atardı. Çünki ləçəklər qalsaydı, quruyub xarab ola bilərdi.
Artıq qalan gül çiçəklərindən anam gülab çəkər, gülqənd edərdi. Gülün ləçəklərini qənd tozu ilə döyüb ona zəncəfil, darçın qatardı. Bu mədə və soyuqdəymə xəstəliklərində istifadə olunan ən təsirli, əvəzi olmayan dərman hesab edilirdi. Həyətimizdə üzüm olsa da, əmim bizə üzüm göndərərdi. Anam sirkə qoyardı. İri küplərdə qoyulmuş sirkə 40 günə gələrdi. Ana lazım olan qədər götürüb, yerdə qalanına həyətdən yığdığı meyvə-tərəvəz, şaftalı, gavalı, xiyar, göy lobya, göy pomidor tökərdi. Bütün qış boyu sadaladığım bu meyvə-tərəvəz sirkədə qalardı. Buna bizdə həftəbecər deyərdilər. Anam heç bir meyvə-tərəvəzi istifadəsiz qoymazdı. Elə buna görə də evimizin bütün ehtiyatı vardı”.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025