Bin Salman: Mülki əhaliyə hücum qəbuledilməzdir
Tarix: 20-10-2023 | Saat: 18:36
Bölmə:Özəl | çapa göndər
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) sammitinin açılışında Qəzza zolağında fələstinli mülki şəxslərə qarşı hücumların heç bir bəhanə ilə qəbuledilməz olduğunu bildirib.
Körfəz Əməkdaşlıq Şurası və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin liderlərinin Ər-Riyadda keçirilən iclası Səudiyyə Ərəbistanı vəliəhdinin işğal olunmuş ərazilərdə baş verən cari hadisələrə həsr olunmuş çıxışı ilə başlayıb.İRNA-nın məlumatına görə, Məhəmməd bin Salman bu forumun açılışında işğal olunmuş Fələstində baş verən hadisələr və sionist rejimin Qəzza zolağında törətdiyi cinayətlərdən danışaraq əlavə edib: Biz Fələstin məsələsinin yekun həllinə nail olmağın tərəfdarıyıq.
O, həmçinin qeyd edib: “Qəzza zolağında zorakılığın artmasının bədəlini mülki əhali ödəyir. Qəzza zolağında şahidi olduğumuz zorakılıqdan kədərlənirik və zorakılığın dayandırılması və mülki şəxslərə dəstək verilməsinin vacibliyini vurğulayırıq”.Səudiyyə vəliəhdi əlavə edib ki, Qəzzada mülki əhalinin həyatına və infrastrukturuna təsir edən hərbi əməliyyatlar dayandırılmalıdır. “Biz hamı üçün təhlükəsizlik və rifahı təmin edəcək şəkildə müstəqil Fələstin dövlətinin yaradılması üçün ədalətli həll tələb edirik”, - deyə o, yekunlaşdırıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025