Rusiya kerosinin ixracını qadağan edə bilər
Tarix: 20-10-2023 | Saat: 18:01
Bölmə:Özəl | çapa göndər
Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Federal Gömrük Xidməti və neft şirkətləri qış dizel yanacağının fasiləsiz təchizatını təmin etmək üçün qabaqlayıcı tədbirlərin siyahısını hazırlamalıdırlar. Bu barədə “İnterfaks” yazır.Qeyd edilir ki, mümkün həll yolu kerosinin ixracına qadağa qoyulması və ya təyyarə yanacağına aksizlərin hesablanması qaydalarının dəyişdirilməsi ola bilər.
Novak bu göstərişi neft məhsulları bazarındakı vəziyyətlə bağlı keçirilən müşavirədə verib. İclasda Nazirlər Kabinetinin hərbi-sənaye kompleksi nümayəndələrinin neft məhsulları ilə dayanıqlı təchizatının təmin edilməsi məqsədilə bazarın təhlili ilə bağlı əvvəlki sərəncamının icrasında qeyri-qənaətbəxş nəticələr qeydə alınıb.Bundan əvvəl Maliyyə Nazirliyi regionlar üçün yanacaq problemlərinin həlli variantlarını təklif edirdi. Dövlət ehtiyacları üçün, ilk növbədə, regionlar üçün müəyyən həcmdə mazut alınması, eləcə də regionlara əlavə maliyyə vəsaitinin ayrılması təklif edilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025