Mobil versiya
Amerikada bir fələstinli uşaq sionist ekstremist tərəfindən öldürülüb
Tarix: 20-10-2023 | Saat: 17:52
Bölmə:Özəl | çapa göndər

Amerikada bir fələstinli uşaq sionist ekstremist tərəfindən öldürülüb

Amerikada bir sionist ekstremist fələstinli uşağın başını kəsib.Bu fələstinli uşağın sionistlər tərəfindən dəhşətli qətli uşaq öldürən İsrail rejiminin keçmişdə olduğu kimi bu gün də fələstinlilərə qarşı cinayətlərini davam etdirdiyi bir vaxtda baş verib.

İRNA-nın verdiyi məlumata görə, bazar ertəsi İllinoys ştatında 6 yaşlı fələstinli uşaq radikal sionist tərəfindən dəfələrlə bıçaqlanıb və başı kəsilib.

Məlumata görə, uşağın anası da ağır yaralanıb.

Amerika-İslam Əlaqələri Şurasının hesabatına görə, qatil cinayəti törədərkən Fələstin və İslam əleyhinə şüarlar səsləndirib.Bu cinayətkar sionist bu məsum uşağa 26 bıçaq zərbəsi vurub, həm ürəyinə, həm də başına və boynuna zərbələr endirib.

Amerika-İslam Münasibətləri Şurası Amerika siyasətçiləri və mediası arasında anti-islamizm və anti-Fələstinizmə son qoymağa çağırıb.

Amerika polisi bildirib ki, qatil bu cinayəti ailənin müsəlman olması, eləcə də Qəzza zolağında mövcud vəziyyətə görə törədib.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025