Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir
Tarix: 20-10-2023 | Saat: 15:36
Bölmə:Özəl | çapa göndər
Cənubi Qafqazın lider dövləti kimi reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyrətləndirməyə davam edən tarixinin ən qüdrətli Azərbaycanı daha bir ilkə imza atdı. Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - “Azərbaycan Milli Şəhərsalma Forumu”na evsahibliyi etdi.
İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən toplantı BMT-nin Məskunlaşma Proqramının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə reallaşdı.
44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi tədbirdə Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Polşadan olan təcrübəli ekspertlər iştirak ediblər:
Polşa Şəhərsalmaçılar Cəmiyyətinin sədri Mem. Müh. Dr Tomasz Majda İkinci Dünya Müharibəsindən sonra Varşavanın yenidən qurulması timsalında Polşa təcrübələrini təqdim etdi.
Polşanın “Kuryłowicz & Associates” memarlıq bürosunu təmsil edən memar Tomasz Pniewski büronun dizaynı və təcrübəsinə əsaslanaraq “15 dəqiqəlik şəhərlərin” yaradılmasının maraqlı konsepsiyasını təqdim etdi.
Gülzar Cavadzadə Qurban qızı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, 3-cü kurs
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025