Mobil versiya
Zelenski Baydenin Ukrayna və İsrailə yardımın zəruriliyi ilə bağlı çıxışını güclü adlandırıb
Tarix: 20-10-2023 | Saat: 13:20
Bölmə:Özəl | çapa göndər

Zelenski Baydenin Ukrayna və İsrailə yardımın zəruriliyi ilə bağlı çıxışını güclü adlandırıb

Ukrayna lideri Vladimir Zelenski deyib ki, Ukrayna dəstəyinə görə ABŞ-a minnətdardır. O, X sosial şəbəkəsində (keçmiş Twitter) Amerika prezidenti Co Baydenin Kiyevə və İsrailə kömək etməyin vacibliyini qeyd etdiyi xalqa müraciətinə belə reaksiya verib.“Güclü çıxışına görə Cozef Baydenə minnətdaram. Biz birlikdə nifrətin azadlığı, terrorçuların isə demokratiyanı məhv etməsinə icazə verməyəcəyik. “Ukrayna ABŞ-a verdiyi dəstəyə və humanizm, azadlıq, müstəqillik və qaydalara əsaslanan beynəlxalq nizamın hər zaman qalib gəlməli olduğuna sarsılmaz inamına görə minnətdardır”, - Zelenski yazıb.

O əlavə edib ki, Ukrayna və ABŞ öz xalqlarının azad həyat tərzini qorumaq kimi ümumi məqsədlər güdürlər. Zelenski vurğulayıb ki, bütün dünya Amerika tərəfinin rəhbərliyinə ümid edir.



aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025