Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 oktyabr 2020-ci ildə Şanlı Azərbaycan Ordusu Zəngilan rayonunu azad etdi
Tarix: 20-10-2023 | Saat: 09:10
Bölmə:Özəl | çapa göndər
2020-ci il 27 sentyabrından başlayaraq hər gün Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edirdi. Bəli, biz əminliklə deyirdik ki, müzəffər ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilməyəcək. Doğma torpaqlarında müharibə aparan ölkəmiz ərazi bütövlüyünü qarış-qarış bərpa edirdi. Nəhayət, 2020-ci ilin oktyabrın 20-də bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət edəcəyi xəbəri gəldi.
Dövlətimizin başçısı Zəngilanın işğaldan azad olunduğunu xalqımıza sevinclə bildirdi. Bəli, hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmazdı. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində əminliklə bildirdi ki, xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir: “Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram… İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.
Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”
2021-ci ilin aprelin 26-da cənab Prezident İlham Əliyevin öz şəxsi “Facebook” hesabından Zəngilandan paylaşdığı videolarda müdrikcəsinə dediyi kimi: "Zəngilan rayonunun təbiəti çox gözəldir. Yaşıl dağlar, meşələr, çaylar. ..Adam baxdıqca baxmaq istəyir. Cənnət kimi bir yerdir. Oranı cənnət edəcəyik".
2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər ediblər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmışdı.
Bu gün fəxrlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və tezliklə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər. O günlər uzaqda deyil...
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin azad olunmuş Zəngilan rayonuna səfərlərini xatırlayaq:
23 dekabr 2020-ci il
20 oktyabr 2021-ci il
14 fevral 2021-ci il
26 aprel 2021-ci il
27 may 2022
19 oktyabr 2022-ci il
04 may 2023-cü il
28 sentyabr 2023-cü il
29 sentyabr 2023 cü il
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025