Mobil versiya
20 oktyabr- Milli Energetika Günüdür...
Tarix: 20-10-2023 | Saat: 09:08
Bölmə:Özəl | çapa göndər

20 oktyabr- Milli Energetika Günüdür...

Bu tarixi əlamətdar təqvimin təklifini verən, Dahi Heydər Əliyevin( Allah rəhmət eləsin!) xeyir- dua verərək 1970 - ci ildə Rusiyaya ixtisasartırma kursuna göndərdiyi mərhum Aslanov Şıxməmməd Qəmbər oğludur.
Kursu uğurla başa vurub vətənə qayıdan Aslanov Şıxməmməd bu etimadı yüksək səviyyədə dogrultdugundan, Azərbaycanda o dahi insanın ulu Öndərin təşəbbüsü ilə inşa etdirilən bir sıra Enerji Nəhənglərindəki məsul vəzifələrdə qüsursuz xidmət keçmişdir. Mingəçevirdəki , ölkəmizin , hətta Qafqazın ən böyük enerji hasil edən Azərbaycan İES-ə 2004- ün martinda səfər edən ölkə başcisi İlham Əliyev buradakı fotostenddə dahi Heydər Əliyevlə Aslanov Şıxməmmədin Sovetlər dövründə çəkilmiş fotosunu görüb, onun haqqında bir daha müsbət xarakterizə olunan məlumatı aldıqdan sonra, "energoquldur" Etibar Pirverdiyev, Şıxməmməd Aslanovun yüksəkpotensiallı kadr olduğundan bərk narahatlıq keçirərək yaxın gələcəkdə məhz onun əvəzinə təyin olunacağından ehtiyat edib ölkə başçısına, Bakıya qayıtdıqdan sonra təqdimat yazıb siyasi tələ qurur. İlk öncə həmin dövrdə ümumilikdə 2min energetikin kollektiv əmək müqaviləsində qeyd edilmiş 14cü əmək haqlarını, milyonları kağız üzərində əks etdirən hesablanıb qalan 2000 , 2001 və 2002-ci illər üzrə verilməli olan bir dəfəlik ödənişləri şəxsən Şıxməmməd Aslanova imza atdirmaqla lakin işçilərə verilməməsi tapşırığını verib mənimsəyən Pirverdiyev böyük korrupsiya cinayətini törətmiş, bu barədə isə məhz Aslanovun üzərində məsuliyyəti saxladığından onu, ölkə başçısına təyinatla bağlı muraciət edəcəyi təqdirdə həbs etdirmək təhdidini etmişdir. Və bununla da E.Pirverdiyev, yaşının təqaüd vaxtına çatanadək A. Şıxməmmədin mənəvi sarsıntılı sıxıntılar içində xəstə salıb həyatdan kocməsinə səbəb olaraq öz məkrli planını həyata keçirmişdir.Butun bu cinayətdolu halları çox təəssüf ki ozamanki , Elektroenergetika müəssisələrində təhlükəsizlik üzrə MTN generalı Akif Çovdarov bildiyi halda Pirverdiyevi nələrinsə qarşıliginda məsuliyyətə cəlb etməmiş, acı nəticə olaraq da Ulu Öndərimizin xeyir duası ilə təkmilləşmə kursları keçən Aslanov Şixməmməd dünyadan köçdü...

Bu gün ölkəmizdə qeyd edilən Energetiklərin peşə bayramı( 1981, 20 oktyabr Azərbaycan İES in işə düşməsi) təklifini Ölkə başçımız cənab İlham Əliyevə təqdim edən , bir daha qeyd edirəm ki, məhz mərhum Şixməmməd Aslanov olmuşdur.

Nəqədər qeyri-nikbin olsa da sonda bunu deyirəm: Bayramınız mübarək əziz Energetiklər!

Xəyyam Qurbanlı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025