Azərbaycan və Qırğızıstan iki türk respublikası siyasi əlaqələri yeni çağırışlara uyğun olaraq inkişaf etdirir
Tarix: 19-10-2023 | Saat: 20:25
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyevin Qırğızıstana səfəri, orada yüksək səviyyədə qarşılanması, Azərbaycan, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar.Azərbaycan və Qırğızıstan həm dövlət , həm də xalq olaraq, hər zaman və tarixən bir-birinə münasibətdə dost və yaxın olmuş, həm regional, həm də beynəlxalq çərçivədə sıx əməkdaşlıq etmişlər. Qeyd edək ki, hazırda hər iki dövlət Qoşulmama Hərəkatı, ECO, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının üzvüdür və bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir, qarşılıqlı dost ölkə olduğunu təsdiqləyirlər.Azərbaycan və Qırğızıstan dövlətləri arasındakı rəsmi əməkdaşlıq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dönəmində qardaş respublika kimi münasibətləri olan hər iki dövlət, müstəqillik qazandıqdan sonra, Ulu Öndərin hakimiyyətə gəlişi ilə, Ümummilli liderin diplomatik səyləri və görüşləri sayəsində, iki dövlət arasındakı əməkdaşlıq yenidən bərpa olunmuşdur.Qırğızıstan Respublikası ilə münasibətlər də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin ötən həftə MDB sammiti çərçivəsində Qırğızıstana baş tutan səfəri kifayət qədər məhsuldar səfər olmaqla bərabər, həm də hazırda davam edən Rusiya-Ukrayna müharibəsi fonunda meydana çıxan qlobal çağırışlar və yeni dünya düzəninin formalaşması baxımından olduqca strateji əhəmiyyətli səfərdir. Bu səfərlər onu göstərir ki, bəzi ölkələrin liderlərindən fərqli olaraq Türk dünyasının liderləri çaşqınlıq yaşamır, gözləmə mövqeyi tutmur və kim daha güclüdürsə onun qanadı altına sığınmaq mövqeyindən çıxış etmirlər. Türk dövlətlərinin liderləri başa düşürlər ki, hazırkı qlobal xaos və qeyri-müəyyənlik şəraitində Türk birliyini vahid güc halına gətirmək hava-su kimi vacibdir və bu ən optimal çıxış yoludur. Prezident İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsinə yeni təkan verəcək. Təsadüfi deyil ki, Qırğızıstan Prezidenti Sadır Japarov da Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu qeyd etdi. Qırğız lider həmçinin bu prosesdə Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq vurğuladı. O, bildirdi ki, “Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub. Prezident İlham Əliyev də öz növbəsində qeyd etdi ki, bizim qardaşlığımız sözdə deyil, əməldədir, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk.Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir.
Nicat İsmayılov
YAP Yasamal rayon "Akim Abbasov 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025