Mobil versiya
Bişkek görüşü ölkələrimizin gələcək münasibətlərinə mühüm təsir göstərəcək
Tarix: 19-10-2023 | Saat: 20:24
Bölmə:Özəl | çapa göndər

Bişkek görüşü ölkələrimizin gələcək münasibətlərinə mühüm təsir göstərəcək

Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq əməkdaşlıq münasibətləri qurduğu beynəlxalq iqtisadi təşkilatlar sırasında - İslam Konfransı Təşkilatı (İKT), İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası kimi təşkilatları dururdu. Təməli ümummili lider Heydər Əliyev tərəfindən qoyulan müassir Azərbaycan uğurla başlanan dünyəvi inkişafı və siyasi xətti sonradan cənab İlham Əlliyevin prezidentlik dövründə yüksək inkişaf etdirilərək gücləndirildi. Nəticə etibarı ilə, bu gün ölkəmiz dünya ölkələri üçün güvənilən tərəfdaş dövlətdir. Azərbaycan Respublikası dünya birliyinə inteqrasiyasının əsasında dayanan başlıca səbəblərdən biri son illərdə həyata keçirilən beynəlxalq layihələr və bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsi, iqtisadi inkişafı göstərmək olar.  Beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın inkişafında xarici investisiya qoyuluşunun mühüm üstünlükləri vardır. İnvestisiya qoyuluşu ölkəmizin milli iqtisadiyyatı ilə dünya iqtisadiyyatı arasında daha səmərəli inteqrasiyanı təmin edir. Bütün beynəlxalq tədbirlərin həyata keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasına xidmət edir. Bu həm də dövlətlərarası əlaqələrini gücləndirərək ölkəmizi regionunda lider və dominant dövlətinə çevirir. Azərbaycan Respublikası hal-hazırda BMT, ATƏT, NATO, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar və Türkiyə, ABŞ, Rusiya, İngiltərə kimi digər güclü dövlətləri ilə qarşılıqlı əməkdaşlığı mövcuddur.
Qazanılan müstəqilliyimizin ilk onilliyində qardaş ölkə olan Azərbaycanın Qırğızıstanla ikitərəfli əlaqələri nisbətən ardıcıl inkişaf yolu keçib. Xüsusi qeyd etməliyəm ki, iki dövlət arasında ilk diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da qurulub və sonrakı illərdə Azərbaycan Prezidenti ümummili liderimiz Heydər Əliyevin 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana, Qırğızıstan prezidenti Əsgər Akayevin isə üç dəfə Azərbaycana səfərləri olub. Bu qarşılıqlı səfərlər ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin genişləndirilməsində mühüm amil oldu.
Bu ilin oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasından sonra Qırğızıstan Prezidenti Sadır Japarovun çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilməsi ümumilikdə ölkələrimizin isti və səmimi qardaşlıq və böyük ehtiramın göstəricisidir. Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri yüksək inkişaf xətti ilə uğurla dəvam edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Qeyd etməliyəm ki, ölkəmiz Qırğızıstanda bir çox investisiya layihələrini həyata keçirməsinə start vermişdir. İki ölkələr arasında olan qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycan - Qırğızıstan İnvestisiya Fondu yaradılıb.  Ölkələrimizin diplomatik münasibətlərinin qurulması 30 ildən artı bir dövrü əhatə edirki, bu illər ərzində mövcud olmuş siyasi əlaqələrin təhlili göstərir ki, Azərbaycan-Qırğızıstan ölkələri bu tarixə yüksək nəticələrlə yaxınlaşıblar. Məhz bu nəticədə dövlətlərarası əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025