Mobil versiya
Azərbaycan – MDB əlaqələri
Tarix: 19-10-2023 | Saat: 16:54
Bölmə:Özəl | çapa göndər

Azərbaycan – MDB əlaqələri

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur. MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.MDB Dövlət Başçılar Şurasının Bişkekdə keçirilən növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu xatırlatmış və MDB çərçivəsində əməkdaşlığın yaxşılaşdırılmasının önəmli olduğunu bildirmişdir.Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.
Azərbaycanın Ermənistan istisna olmaqla bütün MDB ölkələri ilə azad ticarət əlaqələri mövcuddur. Bununla yanaşı, ölkəmizlə digər MDB dövlətləri arasında sərbəst sərmayə üçün möhkəm hüquqi baza yaranıb. Azərbaycan MDB-nin 2020-ci ilə qədərki dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etmiş, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabatını MDB-nin İcraiyyə Komitəsinə təqdim etmişdir. Ölkəmizlə bağlı müvafiq məlumatlar mütəmadi olaraq "MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal"a daxil edilməkdədir. Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu gün MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. MDB-yə daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini müəyyənləşdiriblər ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə töhfə verib. O cümlədən, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindəndir.
Azərbaycan-Qırğızıstan dövlətləri arasında iqtisadi, humanitar, sosial-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi hər iki ölkənin milli maraqlarına uyğundur və gələcək inkişaf üçün yeni perspektivlər açır.Daim operativ informasiya mübadiləsinin aparılmasının önəmini xüsusi qeyd edən Azərbaycan Prezidenti deyib: “İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü, nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır”. Bişkekə səfəri çərçivəsində Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü olub. “Bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var”, Azərbaycan Prezidenti görüşün mətbuat üçün açıq hissəsində deyib. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edilib, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib. Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olunub. Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edilib. Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunulub. Görüşdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin vacibliyi qeyd olunub.
MDB Dövlət Başçılar Şurasının Bişkekdə keçirilən növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunu xatırlatmış və MDB çərçivəsində əməkdaşlığın yaxşılaşdırılmasının önəmli olduğunu bildirmişdir.Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025