Mobil versiya
Ukraynanın xarici işlər naziri Kuleba: ABŞ müntəzəm olaraq Ukraynaya ATACMS təchiz edəcək
Tarix: 19-10-2023 | Saat: 15:59
Bölmə:Özəl | çapa göndər

Ukraynanın xarici işlər naziri Kuleba: ABŞ müntəzəm olaraq Ukraynaya ATACMS təchiz edəcək

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, Ukraynaya ATACMS uzaqmənzilli raketlərin tədarükü respublika lideri Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında razılaşmanın nəticəsi olub. Onun sözlərinə görə, Kiyev bu silahların daimi və böyük miqdarda alınmasını gözləyir. Kulebanın qeyd etdiyi kimi, Ukrayna hakimiyyəti ABŞ-ın 1996-cı ildə istehsal olunmuş raketləri Kiyevə ötürməsi barədə məlumatdan narahat deyil. O əlavə edib ki, bu hal onların effektivliyinə təsir göstərməyəcək.

“Belə bir ifadə var: kolbasanın nədən hazırlandığını bilsəydiniz, onu yeməzdiniz. Söhbət illə bağlı deyil, bizim üçün əsas odur ki, vursun”, - deyə Kuleba izah edib.
O, vurğulayıb ki, Kiyev Vaşinqtonun tədarük edilən ATACMS-in uçuş məsafəsinə yanaşmasının dəyişməsinə ümid edir - Ukraynaya ötürülən raketlər 300 km əvəzinə 165 km uçuş məsafəsinə malikdir.

“Bizim istədiyimiz bütün silahlar artıq ixtiyarımızdadır. İndi biz sayının, çeşidin, modifikasiyanın genişləndirilməsi haqqında danışacağıq”, - deyə Kuleba yekunlaşdırıb.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025