Mobil versiya
İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasından sionist rejimin təcavüzü ilə bağlı bəyanat
Tarix: 19-10-2023 | Saat: 14:38
Bölmə:Özəl / Dünya | çapa göndər

İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasından sionist rejimin təcavüzü ilə bağlı bəyanat

Çərşənbə günü Ciddədə İslam Əməkdaşlıq Təşkilatının icraiyyə komitəsinin üzv ölkələrin xarici işlər nazirləri və rəsmilərinin iştirakı ilə fövqəladə iclası keçirilib.

Əl-Əxbariyyə şəbəkəsinin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr bu birgə bəyanatda Fələstin məsələsinin mərkəzi rolunu vurğulayaraq, Qəzza əhalisinə yardımların çatdırılması üçün dərhal nəzarət məntəqələrinin açılmasını istəyiblər.Bəyanatda həmçinin beynəlxalq ictimaiyyəti humanitar, tibbi, təcili yardım, su və elektrik təchizatı təmin etməyə və Qəzza zolağına təcili yardım göndərmək üçün təhlükəsiz keçidləri dərhal açmağa çağırır.

Eyni zamanda, bu təşkilata üzv olan ölkələr Fələstin məsələsinin bütün İslam ümməti üçün mərkəzi olduğunu vurğulayaraq, Fələstin dövlətinin yaradılması , Fələstin xalqının ayrılmaz hüquqlarını, xüsusilə öz müqəddəratını təyinetmə və fələstinli qaçqınların geri qayıtması, müstəqillik hüququnu dəstəkləyiblər.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025