17 OKTYABR - FÜZULİ ŞƏHƏRİ GÜNÜ
Tarix: 19-10-2023 | Saat: 09:57
Bölmə:Özəl | çapa göndər

Füzuli rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümünü xalqımız Oktyabrın 17-də qeyd edir. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığını qədirbilən xalqımız və dövlətimiz yüksək qiymətləndirir. 2020-ci il noyabrın 26-da Füzulinin işğaldan azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur”.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücünü göstərib. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və əldə etdiyimiz uğurlardır. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə hər səfəri yeniliklərlə yadda qalır Qalib Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu qürurverici görüntülər Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir. 2021-ci il oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümünü qeyd etdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu, ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi. Dövlətimizin başçısı 26 yanvar 2021-ci ildə cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını etmiş, Füzuli Peşə Liseyinin təməlqoyma mərasimində iştirak etmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücünü göstərib. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və əldə etdiyimiz uğurlardır.
Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının böyüklüyü, Vətənə bağlılığı, yurd sevgisi, Füzulini görməyən gənclərin də valideynlərinin doğulub boya-başa çatdığı yerlərə gəlməsi bu görüşdə də bir daha vurğulandı və dünyaya çatdırıldı. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri, oraya köçürülmüş əhali ilə görüşü müntəzəm xarakter alıb. Cənab Prezident İlham Əliyevin Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və orada etdiyi çıxış bu xüsusda da əhəmiyyətli paya sahibdir. Bu gün füzulilər, ümumilikdə xalqımız sevinclidir. Torpaqlarımızın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir və hədsiz qürur duyurlar. Bəli, bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Füzuli öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-05-2025
23-05-2025