Mobil versiya
Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu
Tarix: 19-10-2023 | Saat: 09:34
Bölmə:Təhsil | çapa göndər

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir qrup tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2023-2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş 102 tələbəyəPrezident təqaüdü ayrılıb.

Bəs Prezident təqaüdü ayrılan 102 nəfər arasında ən çox hansı ali məktəbin tələbələri üstünlük təşkil edir?

aia.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi (BANM) bu il Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi olub.

Bu barədə BANM rektoru Elmar Qasımov bildirib. O deyib ki, 2023-2024-cü tədris ilində BANM-ın 29 tələbəsinə Prezident təqaüdü ayrılıb.

“Artıq BANM 4-cü ildir ki, bu göstərici ilə ölkə ali təhsil müəssisələri arasında öz liderliyini qoruyur”, - deyə rektor vurğulayıb.

Müqayisə üçün qeyd edək ki, bu il Prezident təqaüdünə layiq görülən gənclərdən 10-u Bakı Dövlət Universitetinin (BDU), 10-u Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.

Qeyd edək ki, tələbələr verilən Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat müəyyən edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024