Makqreqor: “Ukraynada vəziyyət ABŞ və Rusiya arasında toqquşma riski səbəbindən daha təhlükəli olur”
Tarix: 18-10-2023 | Saat: 12:06
Bölmə:Özəl | çapa göndər
Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas
Makqreqor bildirib ki, Ukraynada vəziyyət ABŞ və Rusiya arasında toqquşma riski səbəbindən getdikcə daha təhlükəli xarakter alır.
"Bu (vəziyyət - RQ qeydi) sadəcə ona görə getdikcə daha təhlükəli olur, çünki NATO-nun Rusiya ilə qarşıdurma ehtimalı azalmır. Və nə qədər ki, bu ehtimal var, biz ştatlarda və Avropada təhlükə altındayıq", - polkovnik xəbərdarlıq edib. .
Onun sözlərinə görə, Yaxın Şərqdəki qeyri-sabit vəziyyət də risklər yaradır.
"Bu, bir çox amerikalıların düşündüyündən daha təhlükəlidir" .
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milley istefa verməzdən əvvəl Rusiya ilə ABŞ arasında birbaşa toqquşma ehtimalından danışıb. O, hadisələrin bu cür inkişafının mümkün səbəbi kimi Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsini göstərib.
Rusiya NATO ilə birbaşa hərbi toqquşma istəmir, amma kimsə bunu istəsə, Moskva buna hazırdır, prezident Vladimir Putin bir müddət əvvəl deyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq