Səfir Antonov: "ABŞ NATO ilə Rusiya Federasiyası arasında birbaşa toqquşma aparır
Tarix: 18-10-2023 | Saat: 11:57
Bölmə:Özəl | çapa göndər
Birləşmiş Ştatlar ikitərəfli münasibətlərin tamamilə kəsilməsinə və NATO ilə Rusiya arasında birbaşa toqquşmaya yönəlmiş siyasət yürüdür. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.Belə ki, o, operativ-taktiki ATACMS-nin Ukraynaya verilməsinə cavab verib.
“ABŞ NATO ilə Rusiya arasında birbaşa toqquşmaya təkan verməkdə davam edir”, - Antonov deyib (RİA Novosti-yə istinadən).
Bundan əvvəl uzun mənzilli ATACMS raketlərinin ilk partiyasının Ukraynaya gizli şəkildə çatdırılması barədə məlumat yayılıb. Amerika mətbuatının yazdığına görə, Pentaqon kaset sursatları ilə təchiz edilmiş raket variantlarını Kiyevə təhvil verib.
ATACMS Amerikanın Lockheed Martin şirkəti tərəfindən istehsal olunan bərk yanacaqla işləyən “yer-yer” tipli ballistik raketdir. ATACMS 300 kilometrə qədər uçuş məsafəsinə malikdir.Yada salaq ki, Rusiya Ukraynaya silah tədarükü ilə bağlı dəfələrlə Qərbə etiraz edib. Qeyd olunur ki, bu, yalnız münaqişənin uzanmasına gətirib çıxarır. Bundan əlavə, bu cür silahlar Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevrilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq