17 oktyabr Azərbaycan dövlətinin tarixində əbədi yadda qaldı
Tarix: 18-10-2023 | Saat: 10:20
Bölmə:Özəl | çapa göndər
Füzuli əməliyyatı 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silah Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir.
Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratdı. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qorudu.
Füzuli əməliyyatına Mais Bərxudarov və Hikmət Mirzəyev komandanlıq etmişdir. Hər ikisi göstərdiyi qəhrəmanlığa görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Füzulinin azad olunmasında Azərbaycan Ordusu 1200 hərbi qulluqçu itki vermişdi. Vətən müharibəsi günlərində isə ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmiş, döyüşlər zamanı Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır.
17 oktyabr Azərbaycan dövlətinin tarixində əbədi yadda qaldı. Təbii ki, döyüş meydanında göstərdiyimiz gücün mənbəyi də məhz Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanın iradəsidir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin qiymətləndirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalını təsis edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusunu təltif etmişdir.
Nəsimi rayon sakini
Ağaquliyeva Aytac
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq