"Xan gəldi Qalasına-Üçrəngli bayraq sancdı!"
Tarix: 17-10-2023 | Saat: 17:02
Bölmə:Özəl | çapa göndər
Axır ki, bütün dünyanın, eləcədə hər birimizin həsrətlə gözlədiyi tarixi an cari ilin 15 oktyabrında gerçəkləşdi. Möhtərəm prezidentimiz ,Ali Baş Komandanımız əzəli Azərbaycan torpağı olan Xankəndində üçrəngli bayrağımızı qaldırdı. O, bununla bağlı çox möhtəşəm bir çıxış etdi. Öz çıxışında o qeyd etdi ki, "Bu gün biz Xankəndindəyik. Şəhərin mərkəzində artıq Azərbaycan dövlətinin Gerbi və Azərbaycan Bayrağının yanındayıq. Bu bizim üçün böyük xoşbəxtlik və tarixi hadisədir.Bu bizim tam qələbəmizdir. Bu qələbə əbədi olacaqdır. Bizdən sonra gələn nəsillər bu qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl, 1923-ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əziyyət çəkib, tarix bizi nə qədər sınağa çəkib. Bu illər bizi daha da mətinləşdirdi. Əyilmədik, sınmadıq. Hələ baş verən o faciələri demirəm. Heç kim bizim yanımızda durmadı. Torpaqlarımızı xain qonşularımız işğal edəndə heç bir ölkə arxamızda dayanmadı. Heç mənəvi dəstək belə göstərmədilər. Bütün əsas güclər Ermənistan dövlətinin arxasında idi. Bu gündə o dövlətlər ki Azərbaycana 1992-1993-cü ildə ermənilərin yanında idilər və onları işğala təhrik edirdilər, işğalı dəstəkləyirdilər və onlara yüksək tribunadan açıq-açığına bəraət qazandırırdılar. Ancaq xalqımız bu 30 ildə çox dəhşətli faciə və itkilərlə üz-üzə qaldı. 1 milyondan çox insan evsiz-eşiksiz qalmışdır. Torpaqlarımız demək olar ki tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlarımıza gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini yaxşı görür.
Vaxt var idi azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışlar. Nəinki Xankəndində, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər mehriban dolanırdılar.
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər kimi gələndən sonra bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdilər. 1969-1982-ci illərdə bir dənə də xoşagəlməz hadisə olmamışdır. Ulu öndərin təşəbbüsü ilə bölgənin inkişafı üçün Sərsəng su anbarı, Suqovuşan su anbarları inşa edilmişdir. Ağdama və Xankəndinə dəmir yolu çəkilmiş, ali məktəblər yaradılmışdır. Azərbaycan xalqı çox müdrik və ədalətli xalqdır. 1993-cü ildə yenə H.Əliyevə ehtimad göstərdi onu ikinci dəfə Azərbaycan dövlətinə prezident seçdi. O vaxt Azərbaycan cəmi altı il Heydər Əliyevsiz qalmışdır. Bu altı il bizim üçün böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü. Dəyişən hakimiyyət öz şəxsi maraqlarını qorumağa çalışırdılar . Xüsusilə AXC - Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün ərazilərimiz işğal altına düşdü.
Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndərimiz Heydər Əliyev, onun siması ,amili, Azərbaycan xalqının yardımına yetişdi və dünya haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırdı.
Biz bu gün istədiyimizə nail olmuşuq. 44 gün sürən Vətən müharibəsi bizim neçə illik dədə - babalarımızdan əmanət torpaqlarımıza qovuşdurdu. Bu Qələbə Xalq, Rəhbər və Ordu birliyinin qələbəsi idi. Bizim Qələbəmiz Ulu Öndərin xatirəsinə hörmətimiz və ehtiramımızdır.
Bu il "Heydər Əliyev İlidir", Biz H.Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, tarixi irsinə hörmət göstərərək onun siyasətini davam etdiririk ".
Doğrudan da son günlərdə baş verənlər hər birimiz üçün qürur və fəxarət verici hadisələrlə yadda qaldı.
Ermənilərin, rusların və farsların 200 ilə yaxın müddətdə Qarabağımızı zorla qoparmaq ,əlimizdən almaq uğrunda apardıqları qanlı və çirkin mübarizə qələbəmizlə yekunlaşdı. Bu qələbə neçə min şəhid oğlullarımızın qələbəsi idi. Eyni zamanda da bizim.
Nəsimi rayon İctimai Şuranın katibi, YAP üzvü, Nəsimi rayon sakini
Gülnarə Hacıyeva
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq