Azərbaycanın bütün Zəfərlərinin təməlində xalqın öz Prezidentinə inamı və etimadı durur
Tarix: 17-10-2023 | Saat: 16:58
Bölmə:Özəl | çapa göndər
Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası, Şanlı Ordumuzun şücaəti və xalqımızın öz Prezidenti ətrafında sarsılmaz birliyi sayəsində Azərbaycan 2020-ci ildə apardığı və cəmi 44 günə tarixi Qələbə ilə başa vurduğu II Qarabağ savaşının nəticəsində işğala son qoydu. Həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmirdilər. Səbəb kimi də ordumuzun Xocalıya, Xankəndiyə, Xocavəndə girməməsini göstərir, bu məsələni süni şəkildə qabartmağa çalışırdılar. Lakin budur, Qələbəmizin üçüncü ili tamam olmamış Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan bayrağını artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız bütün ərazilərində dalğalandırdı. Oktyabr ayının 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində müqəddəs bayrağımızı şəxsən özü qaldıran cənab Prezident bir daha hər kəsə bu mesajı çatdırdı ki, hər işi öz vaxtında görmək lazımdır. Əlbəttə, öz Prezidentinə sonsuz inamı və güvəni olan Azərbaycan xalqının böyük əksəriyyəti bu günün də tezliklə gələcəyini bilirdi və bu tarixi gün gəldi. Azərbaycan xalqı cənab İlham Əliyevə ilk dəfə 20 il bundan əvvəl etimad göstərərək Ulu Öndərimizin siyasi varisini Ölkə Prezidenti seçdiyi gündən keçən müddət ərzində bu inam daima artmış və möhkəmlənmişdir.
Bu il həm Azərbaycanda, həm də bir sıra xarici dost ölkələrdə il boyu Ulu Öndər Heydər Əliyevin yüz illiyi təntənə ilə qeyd olunur. Cənab Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidən xalqa etdiyi müraciətində qeyd olunduğu kimi, bu gün Ümummilli Liderimizin də, Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin də ruhları şaddır. Çünki Azərbaycan xalqı öz müdrik Prezidentinin rəhbərliyi ilə Ulu Öndərin ən böyük vəsiyyətinə əməl etdi, düşməni torpaqlarımızdan qovdu, Qarabağı və Şərqi Zəngəzuru azad etdi. Məlumdur ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsas olmadan yaradılmışdır. Məhz 1969-1982-ci illər bütün sovet Azərbaycanı kimi, Qarabağın da ən sürətli inkişaf dövrü olub. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi o illərdə Ulu Öndərimizin təşəbbüsü ilə regiona böyük investisiyalar qoyulmuşdu. Bölgənin kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdi. Yenə də həmin illərdə Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, burada ali məktəb yaradılmış, eləcə də Xankəndidə hazırda mövcud olan binaların mütləq əksəriyyəti məhz o dövrdə inşa edilmişdir. Eyni zamanda da Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həmin illərdə, eləcə də Ulu Öndərimizin Moskvada, artıq SSRİ-nin ən yüksək rəhbər vəzifələrinin birində çalışdığı dövrdə bütün Qarabağda insanlar sabitlik və əmin-amanlıq içərisində, mehriban qonşuluq münasibətləri şəraitində yaşayırdılar. Bu vəziyyət isə yalnız 1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldıqdan sonra kəskin şəkildə dəyişdi. Bu hadisədən iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan ayrılaraq Ermənistana verilsin. Həm də, Moskvada oturan erməni millətçisi tərəfindən qaldırılan bu məsələ məhz Fransanın bir qəzetində Avropa ictimaiyyətinə təqdim olundu. Bundan sonra Erməni millətçiləri Xankəndinə axışdılar. Bu gün Azərbaycan Prezidentinin müqəddəs bayrağımızı qaldırdığı meydanda həmin illərdə ard-arda anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilirdi və bu, millətçiləri daha da ruhlandırırdı. Cəmi altı il Heydər Əliyevsiz qalmış Azərbaycanın başına bu müddət ərzində olmazın faciələr gəldi. Öz çıxışında cənab Prezident İlham Əliyev son dərəcə dəqiq vurğuladı ki, bu gün o tarixə qayıdarkən və həmin hadisələri təhlil edərkən bir daha görürük ki, heç bir şey təsadüfi olmayıb və faktiki olaraq baş verənlərə münasibətdə mahiyyət etibarı ilə heç nə dəyişməyib. Həmin ölkələr ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, erməniləri işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı, 30 il sonra da eyni ölkələr Ermənistanı yeni hərbi avantüralara təhrik edirlər.
Azərbaycan xalqı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə öz müdrikliyini bir daha göstərdi. Məhz həmin il xalqımız və dövlətimiz Azərbaycanı bugünkü qələbələrə gətirən yolda ilk və ən vacib addımını atdı. 1993-2003-cü illər ərzində ölkəmiz böyük inkişaf yolu keçdi. Son 20 il ərzində isə, bu inkişaf daha da sürətləndi. Bu illər ərzində Azərbaycan gücləndi və cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaratdı. Azərbaycan güclü iqtisadiyyat yaratdı və bu iqtisadiyyatın sayəsində qüdrətli ordu quruculuğu işini uğurla həyata keçirdi. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə elə bir güclü ordu yaradıldı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Şanlı Ordumuz bunu döyüş meydanlarında sübut etdi. Üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur olundu. Keçən ay isə cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi. Bu gün xalqımız haqlı olaraq ölkənin Silahlı Qüvvələri ilə fəxr edir. Möhtərəm dövlət başçımızın dediyi kimi, təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla soydaşımız Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Çünki Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq.
Emin Feyzizadə,
YAP Tovuz Rayon Təşkilatının məsləhətçisi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq