Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik
Tarix: 17-10-2023 | Saat: 16:51
Bölmə:Özəl | çapa göndər
Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Bu fikri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib. “Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”, - deyə dövlətimizin başçısı bildirib.Son 20 il ərzində həm Azərbaycan xalqı, həm də dövlət başçımız hər gün, hər saat vahid amala doğru, öz müqəddəs məqsədinə doğru gedib. Bu amal torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarət idi. Bu illər ərzində İlham Əliyev xalqın dəstəyinə söykənərək həm güclü iqtisadiyyat yaratmağı, həm də güclü ordu qurmağı bacardı. Dövlət başçımızın özünün də qeyd etdiyi kimi, “son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu”.
Təbriklər, Qalib Xalq! Təbriklər, Qəhrəman Ordu!
Təbriklər, Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Həmçinin öz can və qanlarıyla bu gün bayraq sevincimizi yaşamağımıza vəsilə olmuş şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizlə qürur duyuruq.
Talıblı Nurcan Talıb qızı,
Bakı Qızlar Universiteti.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-01-2025
12:54 Sabah qar yağacaq