Mobil versiya
Sudanda daxili qarşıdurmalarda 9 min nəfər ölüb
Tarix: 17-10-2023 | Saat: 16:15
Bölmə:Özəl | çapa göndər

Sudanda daxili qarşıdurmalarda 9 min nəfər ölüb

Birləşmiş Millətlər Təşkilatı Sudanda altı aydır davam edən qarşıdurmada 9 min insanın öldüyünü bildirib.

BMT-nin humanitar yardım koordinatoru Martin Griffiths, Sudanda altı aydır davam edən münaqişənin 9 min insanın ölümünə səbəb olduğunu və son yaddaşın ən pis böhranlarından biri olduğunu söylədi, Swahili Radio Overseas xəbər verir.

Qriffits ölkə əhalisinin yarıdan çoxunu təşkil edən Sudanda təxminən 25 milyon insanın humanitar yardıma ciddi ehtiyacı olduğunu bildirib.Sudanda sərvətlərlə zəngin ərazilərə nəzarət etmək üçün ordu birləşmələri ilə çevik reaksiya qüvvələri arasında aprelin 15-də silahlı münaqişələr başlayıb və münaqişənin sona çatdırılmasına yönəlmiş beynəlxalq vasitəçilik və münaqişə tərəflərini danışıqlar masasına oturtmaq cəhdləri nəticə verməyib.

İndiyədək bir neçə dəfə beynəlxalq vasitəçiliklə atəşkəs elan olunsa da, münaqişə tərəfləri bunu daim pozub.Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, Sudandakı münaqişə 4,5 milyondan çox insanı didərgin salıb, 1,2 milyondan çox insan qonşu ölkələrə qaçıb.

UNICEF bu yaxınlarda elan etdi ki, 14 milyon Sudanlı uşağın təcili humanitar yardıma ehtiyacı var.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025