Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var
Tarix: 17-10-2023 | Saat: 10:13
Bölmə:Özəl | çapa göndər
Azərbaycan və İsrail arasında dostluq əlaqələri tarixi köklərə söykənib. Bu əlaqələr inkişaf etdirilərək strateji tərəfdaş dövlətlər səviyyəsinə qaldırılmışdır. İki ölkə arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman, eləcə də müharibə və müharibədən sonrakı dövrlərdə İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmiş və bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə etmişdir. Azərbaycanın İsraildən aldığı ən müasir silahlar qələbə qazanmağımızda böyük rol oynamışdır.Azərbaycanla İsrail arasında bənzərsiz münasibətlər mövcuddur. Bu münasibətlərin kökü tarixə gedir. İlk növbədə, iki xalq - Azərbaycan və yəhudi xalqları arasındakı bağlantı, dostluq münasibətlərin əsasını təşkil edir. Yəhudilər əsrlər boyunca azərbaycanlılarla dinc şəraitdə, əmin-amanlıq içində təhlükəsizlikdə yaşayıblar. Hər hansı ayrı-seçkiliyə, zorakılığa məruz qalmayıblar. Azərbaycanda dinc, öz vətənlərində olduğu kimi rahat şəkildə yaşayan yəhudilər Avropada, dünyanın digər nöqtələrində zaman-zaman təqiblərə, zorakılıqlara, qırğınlara məruz qalıblar. Yəhudi xalqı azərbaycanlıların bu münasibətini heç vaxt unutmur. Bu gün Azərbaycandan İsrailə köçmüş yəhudilər güclü Azərbaycan diasporu deməkdir. Onlar hər zaman Azərbaycanın yanındadır və ölkəmizə öz dəstəklərini göstərirlər.
Azərbaycan ilə müasir İsrail arasında diplomatik əlaqələrin əsası 30 il əvvəl qoyulsa da,dost ölkədə səfirliyimiz təzəlikcə açılıb. Tel - Əvivdə Azərbaycanla bağlı tədbirlərin, inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri də təkan verib. 29 avqust 1997- ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüşüb və onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımi köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib.Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb.Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb.Prezident Heydər Əliyev 18 noyabr 1999-cu il tarixdə Türkiyədə ATƏT-in sammitində İsrailin baş naziri Ehud Barakla görüşüb.İki ölkə arasında yaranmış münasibətlərdən bəhs edən Azərbaycan Prezidenti bildirib: "Xaricdə yaşayan yəhudilərin nümayəndələri tez- tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir".2000-ci il sentyabrın 6-da Prezident Heydər Əliyev ABŞ- da İsrailin Baş naziri Ehud Barakla yenidən görüşüb. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burada azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".
İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində münasibətlərin inkişafında Azərbaycan və İsrail liderləri arasındakı sıx təmaslar mühüm rol oynayır. İkinci Qarabağ müharibəsi zamanı İsrail tərəfindən Azərbaycana tədarük edilən yüksək səviyyəli silahların qələbəmizdə böyük rolu oldu. Müharibədən sonra isə Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında da İsrail şirkətlərinin mühüm rolu var. Xüsusilə Zəngilanda kənd təssərüfatının yenidən qurulması məhz İsrail mütəxəssisləri tərəfindən icra olunur. Bununla yanaşı, İsrail yəhudi xalqının Azərbaycanda sərbəst və demokratik mühitdə yaşaması faktını hər zaman yüksək qiymətləndirib. Ksenofobiyanın olmadığı, tolerantlıq və dini dözümlülüyün hökm sürdüyü bir şəraitdə Azərbaycanda yaşayan yəhudilər hər zaman dövlət siyasətini dəstəkləyiblər.Hər iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri məhz xalqlarımızın qədim köklərə söykənən tarixi qardaşlıq bağlarına əsaslanır. Və təsadüfi deyil ki‚ İsrail dövləti Azərbaycanın müstəilliyini tanıyan ilk dövlətlərdəndir və Azərbaycan müstəqilliyini qazandığı gündən məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi. Azərbaycanlılarla Yəhudilərin dostluğu və qardaşlığı minnilliklər öncəyə gedib çıxır. Əsrlər və yüzillərdir ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları vardır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025