Mobil versiya
Xankəndində dalğalan Azərbaycan bayrağı bütövlüyümüzün rəmzidir
Tarix: 16-10-2023 | Saat: 21:19
Bölmə:Özəl | çapa göndər

Xankəndində dalğalan Azərbaycan bayrağı bütövlüyümüzün rəmzidir

Azərbaycan tarixi anların şahidi olaraq regiona və dünyaya sözünün və gücünün nümayiş etdiri. Bu gün Azərbaycanın Dövlət bayrağı Xankəndində ucalır. Bu bizlər üçün sözün əsil mənasında qürurverici və sevindirici bir hadisədir ki, bizlər bunu yaşayırıq. Əlbətdə ki, bu proseslerin gedişi həm siyasi masada həmdə yekun olaraq döyüş meydanında bir sutkadan da az müddətdə lokal antiterror tədbirləri nəticəsində mümkün oldu. Bu tədbirlərin nəticəsi olaraq erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Bu bir daha Azərbycan ordusunun Ali baş Komandanın rəhbərliyi ilə gücünü göstərdi. Dünya hərb tarixində bu zaman çərçivəsində cəmi 23 saat 43 dəqiqəyə lokal antiterror əməliyyatı müsbət nəticə verməmişdir. Azərbyacan Ordusu dünyanın 50 ən güclü ordu sıralarında olmasıda təsadüfü deyil. Təməli ümummili lider Heydər Əliyev tərəfində qoyulan Ordu Quruculğu 20 ildir ki Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inskişaf etdirilərək yüksək təminatla təchiz olunub.
Bu gün həmdə Cənab Prezident İlham Əliyevin 20 il bundan əvvəl Azərbyacan Respublikasına ilk Prezidentlik dövrünə qədəm qoyması ilə əlamətdar-dır. Təbii ki, bu verilən vədlərin yerinə yetirilməsi və sözün əməl üzərində icrasıdır. Prezident İlham Əliyev 20-il bundan əvvəl Azərbaycan xalqının mütləq əksəriyyətinin etima-dını qazanaraq ali vəzifə olan Prezident kimi verdiyi bütün vədləri tam olaraq yeri-nə yetirmişdir. 15 oktyabr 2023 cü il qürur günümüzdür. Bü gün bütövlüyümü-zün günüdür. Yaxın gələcəkdə Zəngəzurda Azərbaycan Bayrağının dalğalanacağına bir daha əmin olduğumuz gündür.
Cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq:  Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır.  Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Azərbaycan Bayrağı əbədi olaraq tarixi torpaqlarımızda dalğalanacaq və Azərbaycan xalqı öz ata-baba torpaqlarına köç edərək burada daim firavan yaşayacaqlar. Bu hissləri bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyev başda olmaqla, şəhidlərimiz,qazilərimiz,əsgər və zabitlərimizə və arxa cəbhədə orduya dəstək olan millətimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin qazilərimizə isə can sağlığı versin. Qarabağ Azərbaycandır!

Fərid Mustafayev 
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavin




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025