Mobil versiya
Nərimankənd, Moruxlu və Çanaqçı kənd sakinləri “Açıq mikrofon”da -Fotolar
Tarix: 16-10-2023 | Saat: 20:43
Bölmə:Seçki 2024 | çapa göndər

Nərimankənd, Moruxlu və Çanaqçı kənd sakinləri “Açıq mikrofon”da

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı”na Gədəbəy rayonunun 3 kəndinin sakinləri müraciət edib.

aia.az xəbər verir ki, Moruxlu kəndindən aksiyaya üz tutan Xatirə və Elşən Sadıqovlar eyni soyaddan olsa da, müxtəlif müraciətlərlə çıxış ediblər. Xatirə Sadıqova qapı keçidinin quraşdırılmasını, Elşən Sadıqov isə qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. Nərimankənd sakini Şakir Ələkbərovun timsalında Çanaqçı kəndindən qatılan 2 abonent təbii qaza tətbiq olunan limitin artırılması təklifini irəli sürüb. Səbəb kimi yaşadıqları kəndin dağlıq ərazidə yerləşməsi və bu baxımdan havanın temperaturunun daha tez aşağı düşməsi göstərilib. Bu da öz növbəsində mavi yanacağa olan tələbatın artması deməkdir. Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara ətraflı izahatlar verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə