Mobil versiya
Temperatur 6-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Tarix: 16-10-2023 | Saat: 17:30
Bölmə:Seçki 2024 | çapa göndər

Temperatur 6-8 dərəcə enəcək -


Oktyabrın 17-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Oktyabrın 17-si gündüzdən 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR-sı, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi oktyabrın 17-si və 19-da 15-20 m/s, arabir 23-25 m/s, 17-də bəzi yerlərdə arabir 28-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 6-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;

Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay;

Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay;

Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay;

Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə