Mobil versiya
Füzuli rayonunda “Güclü lider-Qalib xalq” adlı dəyirmi masa keçirilib -Fotolar
Tarix: 14-10-2023 | Saat: 16:46
Bölmə:Seçki 2024 | çapa göndər

Füzuli rayonunda “Güclü lider-Qalib xalq” adlı dəyirmi masa keçirilib

aia.az xəbər verir ki, 14 oktyabr 2023-cü il tarixdə Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Güclü lider-Qalib xalq” adlı dəyirmi masa keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının Sədri Nazimə Şamıyeva, Şəhid ailələri, Qazilər, idarə müəssisə rəhbərləri iştirak etdi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Tarixi və siyasi proseslər, ölkəmizdə həyata keçirilən islahatların nəticələri onu göstərdi ki, xalqımız seçimində yanılmayıb və dövlət başçısı cənab İlham Əliyevə etimad göstərməklə dövlətimizin gələcək inkişafına, çiçəklənməsinə töhfə verib.

YAP Füzuli rayon təşkilatının Sədri Nazimə Şamıyeva çıxış edərək bildirdi ki,bu gün xalqımız qürurla “Qarabağ Azərbaycandır”- deyə bilirsə, bu uzun illər ərzində həyata keçirilən məqsdəyönlü siyasətin nəticəsidir. Bu, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin uğurudur.

Sonra QRTİ üzrə Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədova, QRMİ, Füzuli Rayon Mədəniyyət Evinin direktoru Anar Ağayev çıxışında Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolunda inamla irəlilədiyini və bütün bunların ölkəmizin gələcək inkişafının qarantı olduğunu vurğuladılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə