Mobil versiya
Laçın obalarında əkin sahələrinin suvarılması yaxşılaşdırılıb -Foto
Tarix: 11-10-2023 | Saat: 09:47
Bölmə:İqtisadiyyat | çapa göndər

Laçın obalarında əkin sahələrinin suvarılması yaxşılaşdırılıb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov aia.az-a bildirib ki, 1990-cı ildə Ağcabədi rayonu ərazisində yaradılan hazırda fəaliyyətini davam etdirən Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən mütəmadi olaraq suvarma kanallarının lildən təmizlənməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, balansda olan nasos stansiyaların və hidrotexniki qurğuların təmir işləri davam edir. Rayonun ümumi ərazisi 32000 hektara yaxındır. Bundan suvarmaya yararlı sahələr 18510 hektar, 12600 hektar isə kənd təsərrüfatı əkinləri üçün istifadə olunur. Suvarma suyunun itkisiz olaraq əkin sahələrinə çatdırılması üçün Laçın Suvarma Sitemləri tərəfindən torpaq məcralı kanallar beton üzlüyə alınır. Hazırda bu işlər rayonun Fingə kəndində həyata keçirilir.
Gəlirləri əkinçilikdən çıxan fermerlər hər il müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkini ilə məşğul olurlar. Onlar artıq taxılın suvarılmasını apararaq biçinini həyata keçiriblər. İndi isə payızlıq taxıl əkilib ki, hazırda həmin sahələrin suvarılması davam edir.
Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır. Bundan başqa balansda Kollektor-Dren şəbəkələri də mövcuddur. İlkin su yığıcı kanallar 10 km-ə yaxın, qapalı drenlər isə 10 km-dən uzundur. Kollektor-drenaj şəbəkələri də hazırda lildən təmizlənir və torpaqların şoranlaşmasının qarşısı alınır.
Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin xidməti ərazisi relyefcə müxtəlifdir. Həmin ərazilər Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024