Mobil versiya
YAP Qazax rayon təşkilatının partiya fəalları ilə görüşləri davam edir -Fotolar
Tarix: 10-10-2023 | Saat: 18:03
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Qazax  rayon təşkilatının partiya fəalları ilə görüşləri davam edir

2023-cü il “Heydər Əliyev İli”ndə, 10 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Aşağı Salahlı, Orta Salahlı və Qazaxbəyli kəndlərində partiya fəalları ilə görüşlər keçirmişdir.

aia.az xəbər verir ki, görüşlərdə ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, partiyanın VII qurultayından sonra aparılan islahatlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışdı. Rayon təşkilatınnın sədri Yeni Azərbaycan Partiyasının VII qurultayında Möhtərəm Prezidentimiz, partiya sədrimiz İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrlə zəngin, proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən, qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs etdi. A.Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən daxili və xarici siyasətdən, beynəlxalq aləmdə, regionda, ölkəmizdə cərəyan edən hadisələrdən, mövcud ictimai - siyasi durumdan, 44 günlük Vətən müharibəsindəki misilsiz qələbədən, suverenliyimizin bərpasından, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, “Böyük Qayıdış”in uğurla həyata keçirilməsindən, Möhtərəm Prezidentimizin rəhbərliyi altında tezliklə Qazax rayonunun işğal altında olan yeddi kəndinin də işğaldan azad olunacağından və soydaşlarımızın öz doğma yurd - yuvalarına qayıdacağından böyük ruh yüksəkliyi ilə danışdı. Natiq Ölkə Başçısının diqqət, qayğısı və hörmətli icra başçısının rəhbərliyi ilə Qazax rayonunda görülən işlərdən, həyata keçirilən məqsədyönlü tədbirlərdən də bəhs edərək, partiya fəallarından Çingiz Pənahovun, Nəbi Babacanovun, Bəsti Mustafayevanın, ikinci Qarabağ müharibəsi əlili Amil Musayevin və başqalarının suallarını cavablandırdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə