Mobil versiya
Ağdamda Qarabağ Universiteti tikiləcək - Nazir AÇIQLADI
Tarix: 09-10-2023 | Saat: 12:26
Bölmə:Manşet / Təhsil | çapa göndər

Ağdamda Qarabağ Universiteti tikiləcək -

"Qarabağ Universitetinin modeli hazırlanır".

aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.

O bildirib ki, bu universitet yəqin ki, Ağdamda tikiləcək:

"Biz bu universitetdə də tibb təhsilinin verilməsini istəyirik".

Nazir, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir:

"Ənənəvi olaraq tibb sadəcə bir ali təhsil müəssisəsində verilir. Hesab edirəm ki, bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilə daha məqsədəuyğun olardı".

Nazir əlavə edib ki, tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024