Mobil versiya
Şəhid Nurəhməd Ulubəyovun şəhadətindən 3 il ötdü -Fotolar
Tarix: 07-10-2023 | Saat: 16:34
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhid Nurəhməd Ulubəyovun şəhadətindən 3 il ötdü

44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canı və qanından keçən igid oğullarımızdan biri də Nurəhməd Hacıbəy oğlu Ulubəyovdur. Bu gün şəhidimizin şəhadətə ucaldığı gündən 3 il ötür. Bu məqsədlə II Fəxri Xiyabanda baş tutan anım mərasimində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailəsi  və yaxınları iştirak edib. Çıxış edənlər şəhidin qəhrəmanlıq dastanından, göstərdiyi şücayətindən söz açıblar. Daha sonra şəhidin əziz xatirəsini əbədiləşdirmək məqsədilə vaxtı ilə yaşadığı binanın həyətində inşa olunan abidəsi ziyarət edilib. Qeyd edilib ki, Vətən müharibəsinə könüllü yollanaraq torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında şəhidlik zirvəsinə ucalan Nurəhməd Ulubəyov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Məlumat üçün bildirək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdir ki, SOCAR “Azəriqaz” İB-də çalışır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə