Mobil versiya
Quba Rayon İcra Hakimiyyətinin başçısı Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib -Fotolar
Tarix: 06-10-2023 | Saat: 19:30
Bölmə:Seçki 2024 | çapa göndər

Quba Rayon İcra Hakimiyyətinin başçısı  Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib

6 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Birinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir.

aia.az xəbər verir ki, qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Zəki İmam oğlunun Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbinin önündə qoyulmuş büstünün qarşısına gül dəstələri düzmüşlər.
Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Birinci Nügədi kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Birinci Nügədi kəndinin həkim məntəqəsi, 2 nömrəli ümumi orta məktəbinin mövcud vəziyyəti və kəndin 5-ci məhəlləsinin yol infrastrukturu ilə yaxından tanış olmuş, kənd sakinləri ilə görüşərək onların qayğıları ilə maraqlanmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə