"Gənclik kuboku" uğrunda gənc müəllimlər arasında Nə? Harada? Nə zaman? formatında intellektual oyun keçirilib -Fotolar
Tarix: 05-10-2023 | Saat: 12:39
Bölmə:Özəl / Təhsil | çapa göndər
aia.az xəbər verir ki, 4 oktyabr 2023-cü il tarixində Mingəçevir "Gənclər Evi" SXM-də "2023-Heydər Əliyev ili" çərçivəsində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə təhsil sektorunun, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının və Mingəçevir "Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Gənclik kuboku" uğrunda gənc müəllimlər arasında Nə? Harada? Nə zaman? formatında intellektual oyun keçirilmişdir.
İntellektual oyunda şəhər məktəblərinin 11 komandası iştirak etmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra təşkilatçılar tərəfindən Ümummilli lider Heydər Əliyevin ölkə təhsilinə göstərdiyi diqqət və qayğıdan, müəllimlərə verdiyi dəyərdən danışılmış, komandalara uğurlar arzulanmışdır. 3 mərhələ üzrə aparılan gərgin mübarizənin yekununda; 7 nömrəli tam orta məktəbin "Gənc liderlər" komandası 1-ci yeri, Təbiət-Riyaziyyat və Humanitar təmayüllü lisey 2-ci yeri, 19 nömrəli tam orta məktəbin "Gənclik" komandası isə 3-cü yeri tutmuşdur.
Qalib gələn komandaları təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024