Mobil versiya
YAP Şirvan şəhər təşkilatının hesabat yığıncağı keçirilib -Fotolar
Tarix: 05-10-2023 | Saat: 10:49
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Şirvan şəhər təşkilatının hesabat yığıncağı keçirilib

04 oktyabr 2023-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının hesabat yığıncağı keçirilib.

aia.az xəbər verir ki, hesabat yığıncağında YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Şirvan şəhər təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və fəalları iştirak edib.
Öncə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. .
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, partiyanın gündən-günə artan nüfuzundan söhbət açaraq bildirmişdir ki, YAP Şirvan şəhər təşkilatı da müstəqil dövlətimizin inkişafı naminə üzərinə düşən vəzifələri var qüvvə ilə yerinə yetirməyə çalışır. Təşkilatın üzvləri keçirilən bütün tədbirlərdə, ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.Həmçinin hesabat dövründə görülən işlər və keçirilən tədbirlərlə də bağlı ətraflı məlumat verərək bildirmişdir ki, hesabat dövründə partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti də xeyli yüksəldilmiş, müstəqil dövlətimizin inkişafı naminə təşkilatın üzvləri bir nəfər kimi təmsil olunduqları siyasi qurumun adının və şərəfinin qorunmasına layiqli töhfələr bəxş etmişlər.
Sonra partiya sıralarına yeni qəbul olunmuş 17 şəxsə üzvlük vəsiqəsi təqdim olunub.
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Valeh Xudaverdiyev çıxış edərək ərazi partiya təşkilatlarının hesabat dövründə sosial şəbəkələrdə iştirakı ilə bağlı geniş məlumat verərək, ərazi partiya təşkilatlarında olan nöqsanları qeyd etdi.
YAP Şirvan şəhər təşkilatının mühasibi Natiq Kərimli çıxışı zamanı ərazi partiya təşkilatlarının üzvlük haqqının ödənməsi barəsində məlumat vermiş, üzvlük haqqı ödəməyən ərazi partiya təşkilatlarına üzvlük haqqının ödənilməsi barəsində xəbardarlıq etmişdir.
Sonda ərazi partiya təşkilatlarının sədrləri çıxış edərək YAP Şirvan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildirərək YAP Şirvan təşkilatının hesabat dövründə fəaliyyətini "KAFİ" qiymətləndirdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə