Mobil versiya
Şagirdləri Səlbi Rzayevanı təbrik edirlər!
Tarix: 05-10-2023 | Saat: 10:13
Bölmə:Özəl / Təhsil | çapa göndər

Şagirdləri Səlbi Rzayevanı təbrik edirlər!

Hər il oktyabr ayının 5-də dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Müəllim Günü qeyd olunur. Ölkəmizdə müəllim peşəsinə münasibət hər zaman xüsusi olub. Xalqımız öz böyüklərinə, müəllimlərinə hər zaman hörmət və ehtiram göstərib. Çünki hər bir insanın şəxsiyyət kimi formalaşmasında, yaşadığı cəmiyyətə layiqli vətəndaş olaraq yetişməsində onun müəllimlərinin rolu danılmaz, zəhməti böyükdür.

Paytaxtın Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səlbi xanım Rzayeva da bütün ömrünü uşaqlarımızın təlim və tərbiyəsinə həsr etmiş təcrübəli müəllimlərimizdən biridir. Səlbi xanım uzun illərdir ki, çalışdığı məktəbin ən qabaqcıl müəllimləri sırasında olmaqla, öz pedaqoji təcrübəsini gənc həmkarları ilə də həvəslə bölüşür.

Artıq dördüncü ildir ki, bizim də nəvəmiz Səlbi Rzayevanın sinfində təhsil alır. Hər il oktyabrın 5-də olduğu kimi, bu gün də əziz nəvəmiz Züleyxa Beynəlxalq Müəllim Günü münasibətilə bütün sinif dostları ilə birlikdə sevimli müəllimləri Səlbi Rzayevanı ürəkdən təbrik edirlər. Biz də bütün valideynlər adından Səlbi xanıma uzun ömür və möhkəm can sağlığı diləyir, hələ bundan sonra uzun illər ərzində ona hər zaman baş ucalığı gətirəcək yüzlərlə şagird yetişdirməsini arzulayırıq!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024