Mobil versiya
“Nə? Harada? Nə zaman?”
Tarix: 05-10-2023 | Saat: 09:44
Bölmə:Özəl / Təhsil | çapa göndər

“Nə? Harada? Nə zaman?”

Dağlar diyarı Lerikdə Birinci Qarabağ müharibəsi şəhidi Valeh İbrahimovun 50 illik yubileyi münasibətilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” İntellektual yarışı keçirilib.
Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun və Lənkəran-Astara Regional Təhsil idarəsinin Lerik rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı sayəsində baş tutan yarışda ilk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonda fəaliyyət göstərən 15 məktəb komandasının iştirakı ilə keçirilən intellektual yarışmada birinci yerin sahibi Lüləkəran kənd tam orta məktəbinin komandası olub. Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın komandası ikinci, Malik Bağışov adına Lerik şəhər 3 nömrəli məktəbin komandası isə üçüncü yeri tutublar.
İntellektual oyunun qaliblərinə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları, kubok və medallar təqdim olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024