Mobil versiya
Sərhəddəki uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verildi
Tarix: 04-10-2023 | Saat: 17:13
Bölmə:Təhsil | çapa göndər

Sərhəddəki uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verildi

Qazax rayonu Məzəm kəndində 30 ildən sonra uşaq bağçası yenidən fəaliyyətə başlayıb.

Bu barədə aia.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsi oktyabrın 2-də istifadəyə verilib.

Qeyd edək ki, Məzəm Qazax rayonunun Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən kəndidir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılıb.

Elm və təhsil nazirinin bu ilin iyul ayında verdiyi əmrə əsasən, Qazax-Tovuz RTİ-nin tabeliyində Məzəm kənd uşaq bağçası yaradılıb. Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024