Mobil versiya
Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
Tarix: 04-10-2023 | Saat: 12:32
Bölmə:Təhsil | çapa göndər

Bağçalarda tərbiyəçi-müəllim işləmək istəyənlərin

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, , elektron sənəd qəbulu mərhələsi 5 – 12 oktyabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024