Mobil versiya
İşini işbazlardan uzaq tutmaq istəyən vətəndaşlara “Açıq qapı”da açıqlamalar -Fotolar
Tarix: 29-09-2023 | Saat: 14:53
Bölmə:Seçki 2024 | çapa göndər

İşini işbazlardan uzaq tutmaq istəyən vətəndaşlara “Açıq qapı”da açıqlamalar

“2023-cü ilin avqust ayı ərzində Birliyin Qəza Çağrı Xidmətinə ümumilikdə 57 532 müraciət daxil olub. Ötən ilin anoloji dövrü ilə müqayisədə bu il 6103 müraciət az daxil olub”.

aia.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında jurnalistlərə açıqlamasında bildirib. Şöbə rəisi fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı ünvanlanan müraciətlərə xüsusilə toxunaraq qeyd edib ki, bu prosesdə dələduzların qurbanına çevrilmiş vətəndaşlara rast gəlinir. İşbazların toruna düşmək istəməyənlər isə ilk addımda xüsusi lisenziyası olan podratçılarla sövdələşmə etməlidir. Həmin podratçı şirkətlərin siyahısı isə Birliyin Azeriqaz.az saytında qeyd edilib deyə, Xalidə Şimşək vurğulayıb.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev SOCAR “Azəriqaz” İB-nin adından istifadə edərək dələduzluqla məşğul olanlar bərəsində artıq hüquq mühafizə orqanlarına müraciət edildiyini bildirib. Şöbə rəisi bu istiqamətdə vətəndaşların da ayıq-sayıq olmalarını tövsiyyə edib. Eldəniz Vəliyev daha sonra ölkə üzrə qazlaşmanın səviyyəsini də açıqlayaraq qeyd edib ki, bu rəqəm 96,34%-dir. Qurum rəsmisi son dövr ərzində artıq 26 kənd və 25 yaşayış massivinin təbii qazla təchiz edildiyini də diqqətə çatdırıb.
“Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə