Vəziyyət ürəkaçan deyil: Yol polisindən sürücülərə müraciət
Tarix: 23-08-2016 | Saat: 11:54
Bölmə:Şou-biznes | çapa göndər
Üç həftə ərzində ölkədə 200 mindən çox yol hərəkəti pozuntusu qeydə alınıb.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin müfəttişi polkovnik-leytenant İsa Deystani bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin avqust ayının əvvəlindən başlanılaraq ölkə ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin məsul vəzifəli əməkdaşları tərəfindən respublikanın şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının əməkdaşları ilə birlikdə avtomobil yollarında yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı geniş miqyaslı reydlər təşkil olunub:
"Avqust ayının 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı 203 minə yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 1000-ə yaxın, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 110 mindən çox, nəqliyyat vasitələrinin idarəetmə hüququ olmadan idarə edilməsi üzrə 700-dən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 10 mindən çox, yol ayrıcını keçmə qaydalarının pozulması üzrə 10 minə yaxın, işıqforun qadağanedici işarəsinə əməl edilməməsi üzrə 4 mindən çox, qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitələrini texniki baxışdan keçirmədən idarə edilməsi üzrə 9 mindən çox və s. qayda pozuntusu aşkarlanıb".
İ.Deystani qeyd edib ki, təkcə avqust ayının 20-dən 21-dək (həftənin şənbə və bazar günləri) keçirilən reydlər zamanı 22 mindən çox qayda pozuntusu aşkar edilərək təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunublar. Onlardan 155 fakt yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə təsir göstərən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə, 10 mindən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə, 500-dən çox qayda pozuntusu ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə olub:
"Bununla yanaşı, bildiririk ki, yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı reydlər davam etdirilir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini tövsiyə edir. Bununla da sürücülər həm özlərinin, həm də hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqlarını təhlükədən xilas etmiş olurlar".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər