YAP Xəzər rayon təşkilatının növbəti görüşü -Fotolar
Tarix: 22-09-2023 | Saat: 14:16
Bölmə:Parlament | çapa göndər
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 22 sentyabr 2023-cü il tarixində Xəzər rayonu Buzovna qəsəbəsi Dənizkənarı küçəsi 17D (Sanator-Kurort Reabilitasiya Mərkəzi) ünvanında partiya fəalları ilə növbəti görüşünü keçirmişdir.
aia.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rauf Əliyev də iştirak etmişdir.
Görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 gün davam edən İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbədən, sülh prosesi və Ermənistanın bu prosesi uzatmaq üçün apardığı anti-Azərbaycan təbliğatı və digər məsələlərdən bəhs edib.
Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycanın son illərdə keçdiyi şərəfli yolun əzəmətli inkişaf mərhələsi kimi tarixə düşdüyünü diqqətə çatdırdı və ölkəmizin günü-gündən artan iqtisadi və hərbi qüdrətindən, regionun ən güclü dövləti olmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.
Partiya fəalları Sanator-Kurort Reabilitasiya Mərkəzi baş direktoru Mürsəl Mürsəlov və 125 nömrəli tam orta məktəbin direktoru Zeynəb Əliyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Görüşdə qeyd edilib ki, müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024