Mobil versiya
“Səyyar qəbul otağı” bu dəfə Balakən rayonunun sahibkarları üçün təşkil olundu -Foto
Tarix: 20-09-2023 | Saat: 17:07
Bölmə:İqtisadiyyat | çapa göndər

“Səyyar qəbul otağı” bu dəfə Balakən rayonunun sahibkarları üçün  təşkil olundu

SOCAR "Azəriqaz" İB ölkədə sahibkarlığın inkişafını hər zaman dəstəkləyir. Bu məqsədlə "Açıq mikrofon" aksiyası Balakən rayonunda keçirilib.

aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra mikrofon önünə keçən KOBİA-nın nümayəndəsi də sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. Daha sonra sahibkarlar qaz təchizatında üzləşdikləri problemləri səsləndiriblər. Rayonda fəaliyyət göstərən kərpic zavodunun nümayəndəsi yaranmış debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsini xahiş edib. Digər bir sahibkarın müraciəti isə obyektin arxasından keçən qaz xəttinə görə mühafizə zolağının pozulmadığı barədə sənədin verilməsindən ibarət olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024