Gülər Sultanzadə: “Azərbaycan bir daha bütün dünyaya ədalətli döyüş taktikasını nümayiş etdirdi”
Tarix: 20-09-2023 | Saat: 16:23
Bölmə:Özəl | çapa göndər
“Qarabağda yaşayan erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətləri nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə qərar qəbul olundu. Təbii ki, by qərar Azərbaycanın irəli sürdüyü bütün tələblərə qeyd-şərtsiz əməl olunması şərtilə qəbul edilib. İlk növbədə Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri döyüş mövqelərindən və hərbi postlardan çıxaraq, tam şəkildə tərksilah olunmalıdırlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməli, qeyri-qanuni erməni silahlı dəstələri isə buraxılmalıdır. Eyni zamanda bütün silah-sursat və ağır texnika təhvil verilməlidir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasınd Yeni Azərbaycan Partiyasının fəal üzvü Gülər Sultanzadə deyib.
Daha sonra partiya fəalı Azərbaycanın keçirdiyi antiterror əməliyyatının Ermənistanın destruktiv mövqeyinə və ölkəmizə qarşı yönəldilmiş terror siyasətinə cavab tədbirləri olunduğunu vurğulayıb: “Qeyd olunmalıdır ki, Azərbaycanın keçirdiyi antiterror tədbirləri vaxtında atılmış zəruri addım idi və əldə olunmuş nəticələr də təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda sülh və əmin-amanlığın əldə olunmasına xidmət edəcək. Məsələ bundadır ki, son vaxtlar Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru müəyyən addımlar atılsa da, həm bu ölkənin daxilindəki revanşist əhaval-ruhiyyəli qüvvələrin, həm də anti-azərbaycan siyasəti ilə seçilən bəzi xarici ölkələrin təsiri altında olan rəsmi İrəvan hələ də bölgədə vəziyyəti gərginləşdirən siyasətindən əl çəkə bilmirdi. Xüsusilə son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi və digər təxribat xarakterli hərəkətlər gərginliyin artmasına səbəb olurdu. Sentyabrın 19-da ermənilərin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslərin həlak olması, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbi qulluqçularımızın həlak olması və yaralanması bir daha aşkar şəkildə göstərdi ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycan ərazilərində Ermənistan silahlı birləşmələrinin mövcudluğu regional sülh və sabitliyə ciddi təhlükə yaradır. Məhz bu təhlükənin mənbəyini aradan qaldırmaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən lokal xarakterli antiterror tədbirlərinə başladı.”
Öz fikirlərini davam etdirən müsahibimiz vurğulayıb ki, Azərbaycan uğurla başa çatdırdığı antiterror tədbirlərinin gedişində bir daha bütün dünyaya ədalətli döyüş taktikasını nümayiş etdirdi: “Təxminən bir sutka davam edən antiterror əməliyyatının gedişində Azərbaycan Ordusu heç bir mülki şəxsə və ya obyektə zərər verməməklə bir daha öz yüksək peşəkarlığını dünyaya nümayiş etdirdi. Ermənistan silahlı qüvvələrinin qanunsuz bölmələrinin ön xəttdə və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Antiterror əməliyyatları qısa zaman ərzində erməni silahlı bölmələrinin tam zərərsizləşdirliməsi ilə başa çatacağı heç kimdə şübhə doğurmurdu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gözləntiləri doğrultdu, düşmən ağ bayraq qaldıraraq və dövlətimizin bütün tələblərinə əməl edərək təslim oldu. Etiraf olunmalıdır ki, Azərbaycanın bu növbəti parlaq qələbəsi bütün Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunması istiqamətində atılmış ən mühüm addımlardan biri oldu”, - deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025