Mobil versiya
Azərbaycan dövlətinin Türk dövlətləri birliyinin möhkəmlənməsində önəmli rolu var
Tarix: 19-09-2023 | Saat: 13:57
Bölmə:Özəl | çapa göndər

Azərbaycan dövlətinin Türk dövlətləri birliyinin möhkəmlənməsində önəmli rolu var

Tacikistan Azərbaycan əlaqəıərinim daha da möhkəmlənməsi regionun inkişafına müsbət təhfə verəcək. Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində səmərəli əməkdaşlığın siyasi göstəriciləri
“Mən bu il qardaş Tacikistana ikinci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm” deyən Prezident İlham Əliyev Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çöxəsrlik qardaşlıq münasibətləri bağladığını vurğulayıb və əlavə edib ki, ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Prezident qeyd edib ki, otuz ildən artıq müddətdə biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çöxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Onu da qeyd edək ki, yalnız 2022-ci ildə Prezident İlham Əliyev Mərkəzi Asiya regionu ölkələrinə yeddi dəfə səfər edib.
Azərbaycanın türk dövlətləri ilə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi” və Qazaxıstanla imzaladığı “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləş-məsi haqqında Bəyannamə”də öz əksini tapır.
“Yeni investisiya layihələrinin reallaşdırılması və iş yerlərinin yaradılması məqsədilə 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik “Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş” təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərimizin investisiya cəlbediciliyi imkanlarının yüksək olması bu kimi strateji addımların təsir dairəsini də genişləndirir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli rayonunda 960 şagird yerlik məktəbin tikintisi də sosial-iqtisadi və mədəni baxımdan dəyərləndirilə bilər. Bu, artıq reallıqdır, kağız üzərində qalan bəyanat deyil, real inteqrasiya və dostluq nümunəsidir.
Mərkəzi Asiya və Azərbaycan xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi inteqrasiya üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Asiya ölkələrinin də ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq səylərini tamamlayır. Azərbaycanın Zəngəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət və strateji infrastruktur-quruculuq işləri Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ən cəlbedici imkandır.
Türk Dövlətləri Təşkilatı (TDT) hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub. Bu, türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində daha bir önəmli addım hesab olunur.
Gömrük dəhlizinin reallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də praktiki əhəmiyyətini artırır. Gömrük dəhlizinin yaradılması isə TDT ölkələri arasında sürətli yük daşımalarına, o cümlədən yükdaşımaların həcmində nəzərəçarpacaq dərəcədə artıma gətirib çıxaracaq.
Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” boru kəməri 16 ildir fasiləsiz olaraq Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
“Turkic World Vision-2040” strateji sənədi və TDT-nin 2022-2026-cı illər üçün Strategiyası da türk dövlətlərini bir araya gətirir və yaxın perspektivdə Avrasiya regionunda geoiqtisadi və geosiyasi ağırlıq mərkəzlərinin formalaşmasında türk dövlətlərinin rolunu əhəmiyyətli dərəcədə həlledici edir.
Sonda dövlət başçısı İlham Əliyevin Tacikistanda keçirilən 5-ci Məşvərət görüşünün iclasında səsləndirdiyi bir fikri xatırlatmaq istərdim: “Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq... Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır”.
Dövlət başçımız iclasda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşları və əlverişli nəqliyyat-tranzit imkanları barədə açıq şəkildə bəyanatlar verdi: “Bu, ali səviyyədə açıq mesajlar idi və iş qaldı hər bir ölkə üzrə icraçı qurumların üzərində. Birgə elmi əməkdaşlıq, iqtisadi imkanların tədqiq edilib təsnifləşdirilməsi, sistemləşdirilməsi və iş adamlarının hər bir ölkənin potensialı haqqında məlumatlı olması çox vacibdir. Bütün bunlar Mərkəzi Asiya, eləcə də bütövlükdə TDT-yə üzv olan ölkələr üçün sürətli inteqrasiya imkanları vəd edir. Həm də ona görə ki, qalib Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan “dediyini etmək və edə biləcəyini demək” iradəsi və səmimiyyətilə etibarlı tərəfdaşdır”.

YAP Laçın rayon təşkilatının
37 saylı ƏPT sədri,
Laçın rayon 28 nömrəli tam orta məktəbin direktor müavini
Mehri Çıraqova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025