CƏNAB PREZİDENT İLHAM ƏLİYEV TÜRK DÜNYASININ HÖRMƏT EDİLƏN ŞƏXSLƏRİNDƏN BİRİDİR!
Tarix: 19-09-2023 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa səsləyir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türk dövlətlərinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Cənab Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Onu da qeyd edək ki, yalnız 2022-ci ildə cənab Prezident İlham Əliyev Mərkəzi Asiya regionu ölkələrinə yeddi dəfə səfər edib. Mərkəzi Asiya və Azərbaycan xüsusilə enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sektorlarda iqtisadi inteqrasiya üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycanın Avropa və Asiya arasında tranzit dəhlizi kimi strateji mövqeyi Asiya ölkələrinin də ticarət yollarını diversifikasiya etmək və regional əlaqəni artırmaq səylərini tamamlayır. Azərbaycanın Zəngəzur dəhlizinin açılması kontekstində həyata keçirdiyi siyasət və strateji infrastruktur-quruculuq işləri Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışı üçün ən cəlbedici imkandır.
Cənab Prezident İlham Əliyevin Tacikistanda keçirilən 5-ci Məşvərət görüşünün iclasında səsləndirdiyi bir fikri xatırlatmaq istərdim: “Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır”. Dövlət başçımız iclasda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşları və əlverişli nəqliyyat-tranzit imkanları barədə açıq şəkildə bəyanatlar verdi: “Bu, ali səviyyədə açıq mesajlar idi və iş qaldı hər bir ölkə üzrə icraçı qurumların üzərində. Birgə elmi əməkdaşlıq, iqtisadi imkanların tədqiq edilib təsnifləşdirilməsi, sistemləşdirilməsi və iş adamlarının hər bir ölkənin potensialı haqqında məlumatlı olması çox vacibdir. Bütün bunlar Mərkəzi Asiya, eləcə də bütövlükdə TDT-yə üzv olan ölkələr üçün sürətli inteqrasiya imkanları vəd edir. Həm də ona görə ki, qalib Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan “dediyini etmək və edə biləcəyini demək” iradəsi və səmimiyyətilə etibarlı tərəfdaşdır”. Dünyada qlobal enerji və ərzaq böhranının yaşandığı, eyni zamanda, regiondakı sabitliyə və inkişafa təhdidlərin olması fonunda bu görüş xüsusi əhəmiyyət daşıyır. Üçtərəfli görüş nəticəsində imzalanan Bakı Bəyannaməsində də qeyd olunduğu kimi, Orta Dəhliz marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir.
Təhlillərə görə, Zəngəzur dəhlizi Azərbaycan və ona aid olan Naxçıvanı birləşdirməkdən savayı, Şimal-Cənub və Şərq-Qərb tranzit yolları arasında mühüm əlaqə yaradacaq. Görülən işlərin zəruriliyini, məqsədəuyğunluğunu və vaxtında olduğunu zaman və reallıq sübut edir ki, bu gün bir çox ölkələr Azərbaycanın təşəbbüsü ilə açılan yollara diqqət yönəldir. Xüsusi ilə də Türk dövlətləri arasında ticarət əməkdaşlığının dərinləşdirilməsi üçün tarixi İpək Yolunun bərpası önəmlidir. Məhsulların Xəzər dənizi vasitəsilə tranzitini nəzərdə tutan Orta Dəhliz bugünkü reallıqlarda xüsusi əhəmiyyət kəsb edir. Dünyada ticarət əməliyyatlarının əsas hissəsinin Asiya ilə Avropa arasında həyata keçirildiyini nəzərə alsaq, Azərbaycanın qardaş və dost ölkələrlə “Orta Dəhliz”in səmərəliliyinin artırılmasına yönəlmiş birgə fəaliyyətinin strateji miqyasını təsəvvür etmək çətin deyil.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025