Mobil versiya
19 Sentyabr Sadiq Zeynalovun doğum günüdür
Tarix: 19-09-2023 | Saat: 09:33
Bölmə:Özəl | çapa göndər

19 Sentyabr  Sadiq Zeynalovun doğum günüdür
Vətən müharibəsinin qalib şəhidi Astaralı Sadiq

Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açan Sadiq Kamal oğlu Zeynalov İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqla sözün əsl mənasında tarix yazdı. Bununla da canından artıq sevdiyi Vətən, torpaq naminə etdikləri onu ömrünün ən mənalı, gözəl cağında-22 yaşında ölümsüzlüyə qovuşdurdu. İndi cismən aramızda olmasa da, ucaldığı şəhidlik zirvəsindən bizlərə öz yurdunu sevib şərəflə, qeyrətlə yaşamağın yollarını göstərir.
Sadiq orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda artıq onun torpağa bağlılığı, Vətən üçün yaşaması el-obaya yaxşı bəlli idi. Necə deyərlər, xeyirxah məqsədlər naminə çalışmaq, millətinə səmimi xidmət etmək Sadiqin iç dünyasından qaynaqlanırdı. Yaxşılıq gözündə yaşa dolan Sadiqi Ərçivan camaatı 2016-cı ildə əsgərliyə Vətənə sədaqətli, layiqli bir vətənpərvər kimi yola salırlar.
Naxçıvan Muxtar Respublikasında tank batalyonunda xidmət edən Sadiq Vətənin müqəddəsliyinə tapınmaqla verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlir . Mərdliyi, bacarığı hərbi hissədə ona böyük etimad qazandırır. Bir sözlə, layiqli bir övlad olaraq həmişə can dediyi doğma Azərbaycan qarşısında oğulluq borcunu şərəflə verib evinə qayıdır. Qaldı ki, düşmən tapdağında olan Qarabağın taleyini düşünən Sadiq öz yerini hərbiçi sənətində görür. Əsas istəyi də döyüş meydanında yağı düşmənin başını əzib Vətən torpaqları azad etmək olur.
Sadiq cəbhə bölgəsində nümunəvi xidməti ilə seçilir, həm də erməni faşistləri məhv etməkdən ötrü bir daha peşəsinə mükəmməl yiyələnir. Bütün bunlarla bərabər həmişə silaha sarılıb düşməndən işğal etdiyi Azərbaycan torpaqların intiqamını almaqdan ötrü məqam axtarır.
İkinci Qarabağ müharibəsi başlananda elə Vətənin harayına birinci gedən Sadiq olur. Özü də qalib gəlmək istəyi ilə döyüş meydanına atılır. Və neçə-neçə qeyri bərabər savaş meydanında erməni dığalarına od qoyur. Qəlbi Vətən sevdalı qəhrəman 30 il işğal altında olan doğma torpaqların hər qarışı uğrunda mərdliklə, ürəklə mübarizə aparır. Sərasər 28 gün odun-alovun içində vuruşan Sadiq Vətən torpaqların azadlığını düşünməklə erməni faşistlərinin çoxlu canlı qüvvəsini məhv edir, döyüş texnikasını sıradan çıxarır. Füzulidə, Cəbrayılda xüsusi şücaət göstərir. 25 oktyabrda şəhid olan günü də ürəyindən keçən qisası yağılardan ala bilir. Onun şərəfli ölümü isə zəfərə gedən yolu bir qədər də Ordumuza yaxın edir.
Astaralılar indi öz qəhrəman oğlu ilə qürur duyur, onu şanlı tariximizin hünər, igidlik rəmzi kimi ürəyində yaşadırlar. Qərinələr boyunca da belə olacaq. Çünki Sadiq Vətən naminə öz canından keçib. Dövlət tərəfində layiq görüldüyü “Vətən uğrunda”, eləcə Füzulinin, Cəbrayılın azad olmasına görə medalları Sadiqin igid adına yaraşır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025