Mobil versiya
Vətən müharibəsindən sonra 439 müharibə əlili yüksək texnologiyalı protezlə təmin edildi
Tarix: 18-09-2023 | Saat: 17:22
Bölmə:Cəmiyyət | çapa göndər

Vətən müharibəsindən sonra 439 müharibə əlili yüksək texnologiyalı protezlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz çox olmaqla 54,8 min reabilitasiya vasitəsi verilib.

Nazirlikdən aia.az-a verilən xəbərə görə, onlardan 2231-i təkərli oturacaq, 291-i mühərrikli təkərli oturacaq, 1988-i aşağı və yuxarı ətraf, habelə döş protezi, 1232-i eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 2183 cüt protez ayaqqabı, 4496 cüt ortopedik ayaqqabı, 50 səsli tonometr, 48 səsli tibbi termometr, 117 korset, 1795 qoltuqaltı və dirsəkaltı ağac,19 hərəkətli qaldırıcı qurğu və s. reabilitasiya vasitələri təqdim edilib.

Yanvar-avqust aylarında 7,5 min şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı işləri bu il də davam edib.

Ümumilikdə 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 1 990 şəxsə 43,1 min reabilitasiya vasitəsi verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2024